Xaricde tehsil məlumatları

Türkiyədə qiyabi təhsil

Türkiyədə qiyabi təhsil almaq

Türkiyədə ali təhsil almaq bir çox azərbaycanlı abituriyentin arzusudur. Çünki Türkiyə təkcə yüksək keyfiyyətli tədris metodları, yenilikçi və çox savadlı akademik kollektivi – yüksək təhsil səviyyəsi ilə seçilən universitetlərə sahib olmaqla yanaşı, həm də milli-mənəvi dəyərləri, dil, din baxımından ölkəmizə ən yaxın hesab olunan ölkədir. Məhz bu baxımdan Turkiyede ali tehsil almaq daha çox maraq cəlb edir. Ölkəmizdəki xaricdə təhsil şirkətləri hər il yüzlərlə tələbənin Türkiyədə təhsil almasını təmin edirlər.

Həmçinin bax:

https://xaricdetehsil.az/turkiyede-tehsil-almaq-ucun-ne-etmeli/

https://xaricdetehsil.az/turkiyede-bakalavr-tehsili/

Maraqlıdır

.https://xaricdetehsil.az/attestatla-turkiyede-tehsil/

Turkiyede qiyabi tehsil almaq ucun ne etmek lazimdir?

Türkiyədə 200-dən çox universitet var. Bu ölkədə universitetlərin və tədris proqramlarının çox olması tələbəyə ən əlverişli təhsil seçimini etməyə imkan verir. 50-dən çox Türkiyə universiteti “uzaktan eğitim” adı ilə distant təhsil proqramlarını tətbiq etməkdədir.  Türkiyədə qiyabi təhsil müddəti dörd ildir.

Türkiyədə qiyabi təhsil almağın yolları. Turkiyede qiyabi tehsil almaq ucun heç bir xüsusi şərt olmadan – yalnız attestat və ya bakalavr diplomunuz ilə də müraciət edə bilərsiniz. Türkiyədə qiyabi təhsil aldığınız zaman imtahanlar olduğu zaman imtahanda iştirak etməlisiniz. Adətən, altı aydan bir gedib-gəlmək lazım gəlir. Qiyabi təhsil üçün illik təhsil haqqı təxminən 400-500 Azn-dən başlayır.

Turkiye universitetlerinde qiyabi tehsil almaq ucun lazim olan senedler:

  • Attestat və ya bakalavr diplomu (əgər bakalavr təhsili almısınızsa)
  • 3X4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsi
  • Transkript (bal/qiymətlərin olduğu cədvəl)

Türkiyədə qiyabi təhsil ala biləcəyiniz ixtisaslar hansılardır?

İşletme, sosyal hizmet, menecment, ekonomi, reklam, kamu yönetimi, moda tasarım, dış ticaret və s.
Türkiyənin dövlət universitetlərində qiyabi təhsil ala biləcəyiniz ixtisaslar; sosioloji, qrafik dizayn, halkla ilişkiler, tekstil tasarım, spor bilimleri və s.

Turkiyede qiyabi tehsil almaq ucun universitetler

Türkiyənin hansı universitetlərində qiyabi təhsil ala bilərsiniz?

Atatürk Üniversitesi, Ege Üniversitesi, İstanbul Üniversitesi, Ankara Üniversitesi, Selçuk Üniversitesi, Kırklareli Üniversitesi, Yıldız Teknik Üniversitesi, Ortadoğu Teknik Üniversitesi, Ondokuz Mayıs Üniversitesi, Balıkesir Üniversitesi və s.

Yuxarıda sadalanan bu universitetlərin hər hansı birində qiyabi şəkildə ali təhsilinizi tamamlaya bilərsiniz. Atatürk Universiteti (.) Türkiyənin ən yaxşı universitetlərindən biri hesab olunur və bu universitet Ərzurumda yerləşir. Bu universitetə qəbul olmaq üçün imtahanı Ankara, İstanbul və ya Qara dəniz bölgəsindəki şəhərlərdə də verə bilərsiniz.
Türkiyənin daha nüfuzlu universitetlərinə əyani təhsil üçün də müraciət edə bilərsiniz.

Türkiyədə qiyabi təhsil


Türkiyədə təhsil qiymətləri, təhsil xərcləri Türkiyəni təhsil üçün seçən tələbə namizədlərinin çoxalmasına səbəb olur. Çünki bu ölkə Avropa ölkələri ilə müqayisədə maddi baxımdan tələbələr üçün daha sərfəli olur. Türkiyədə qiyabi təhsilinizi tamamladığınız zaman aldığınız diplom Avropanın 30 ölkəsində, o cümlədən Azərbaycanda tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button