Xaricde tehsil məlumatları

Polşada təqaüdlə təhsil

Polşa universitetlərində təhsil

Polşa xaricdə təhsil üçün müraciət edilən ən əlverişli Avropa ölkələrindən biridir. Həm keyfiyyətli təhsil sisteminə görə, ölkədəki iqtisadi vəziyyətin yararlılığına görə Polşa xaricdə təhsil almış tələbə adını qazanmaq istəyənlər üçün ən arzuolunan seçimlərdəndir. Niyə Polşada təhsil?

Polsada tehsil almaq isteyenlerin nəzərinə: https://xaricdetehsil.az/polsada-tehsil/

Niyə Polşada təhsil? İndi isə “Xaricde tehsil almaq isteyenlerin seçimi niyə Polşa olmalıdır?” sualının cavabını araşdıraq. Çünki;

  • Polşada ev kirayəsi, gündəlik xərclər – yaşam xərci o qədər də böyük məbləğdə pul tələb etmir.
  • Bu ölkəyə viza almaq (viza şərtləri) nisbətən asandır.
  • Polşa universitetlərinin diplomu həm Azərbaycanda, həm də Avropa ölkələrində – bir çox ölkədə tanınır.
  • Həm tələbəlik illərində, həm də məzun olduqdan sonra Polşada iş imkanlarının geniş olması.
  • Təhsil haqqının digər Avropa ölkələri ilə müqayisədə nisbətən az olması, tədris metodlarının keyfiyyətlilik dərəcəsi, təhsil mütəxəssislərinin – müəllimlərin və s. peşəkarlığı
  • Bir çox yeni imkanlar və uğurlu tələbəlik illərini keçirmə şansı
Polsada teqaudlu tehsil

Polşada təqaüdlə təhsil almaq imkanları

Polsada teqaudlu tehsil almaq isteyen telebeler Polşada təqaüdlə təhsil imkanlarından yararlana bilərlər. Bunlar hansılardır? Polşada təqaüdlə necə təhsil almaq olar? və s. suallarınızın cavabını bu bloqda əldə edəcəksiniz.

Maraqlıdır

Polşada təqaüdlü təhsil imkanları haqqında:

  1. Visegrad təqaüd proqramı – bu proqram Polşa ilə yanaşı, Çexiya, Macarıstan, Slovakiya kimi ölkələrdə də təhsil almaq şansını vəd edir. Polşada təhsil üçün isə bu təqaüd proqramında azərbaycanlı tələbələr üçün mövcud ola biləcək 10 yer ayrılır. Visegrad təqaüdü təhsil haqqını tam ödəməsə də hər semestr üçün tələbəyə müəyyən miqdarda pul ödənilməsini nəzərdə tutur. Visegrad təqaüd proqramı ilə Polşa universitetlərində magistr və ya doktorantura təhsili ala bilərsiniz.

(Daha ətraflı: https://my.visegradfund.org/scholarships  )

  • Avropa Birliyi (European Union) tərəfindən verilən təqaüd proqramı – bu proqram, əsasən, bakalavr təhsili üçün nəzərdə tutulmuşdur və beynəlxalq əlaqələr, master management, master datasciences kimi ixtisaslara verilir. Bu proqramın təqaüd imkanından faydalanmaq istəyirsinizsə, IELTS və ya TOEFL dərəcəniz olmalıdır. (Daha ətraflı: https://wsb.edu.pl/en )

Yuxarıda sadalananlar təqaüd proqramlarının şərtlərindən fərqli olaraq əgər siz Polşada təhsil almaq üçün tam təqaüd imkanlarından (tam təqaüdlü təhsil) yararlanmaq şansı qazanmısınızsa, həmin təqaüd proqramlarına, əsasən, aşağıdakı nüanslar da daxil olur:
Bütün təhsil haqqı xərci, sağlamlıq sığortası, yataqxana xərcləri, hətta uçuş bileti xərcləri və s.

Polşada tam təqaüdlü təhsil

Polşada tam təqaüdlü təhsil vəd edən təqaüd proqramları hansılardır?

  1. Lukasiewicz dövlət təqaüdü – təqaüd magistr proqramının tətbiqi üçün bütün xərcləri qarşılayır. Bu təqaüd proqramı Polşada təqaüdlü təhsil almaq istəyən əcnəbi tələbələr üçün Xarici İşlər Nazirliyinin  və Polşa Milli Akademik Mübadilə Agentliyinin təşəbbüsüdür. Beləliklə, təqaüdlü təhsilin köməyi ilə bütün (dövlət universitetlərində) təhsil xərclərindən azad olursunuz.
  2. Varşava Universitetində Phd təqaüdü – bu təqaüd proqramı isə Polşada Varşava Universitetinin Fizika Fakültəsi (doktorantlar üçün) tərəfindən təklif olunur. Hər təhsil şöbəsi üçün (Fizika fakültəsinin şöbələri) yalnız 1 yer açılır. Bu da o deməkdir ki, təqaüdü qazanmaq üçün çox çalışmaq lazım gəlir. (Daha ətraflı məlumat üçün universitetin saytını nəzərdən keçirə bilərsiniz).
  3. Lazarski Universiteti təqaüdü – Polşada bakalavr və magistr proqramlarına müraciət etmək istəyən hər bir tələbə namizədi üçün uyğun təqaüd proqramıdır. Sadəcə ingilis dilini bildiyinizi təsdiq edən beynəlxalq sertifikatlara malik olmalısınız.

Qeyd edilənlərlə yanaşı Polsada tehsil almaq ucun NAWA təqaüdləri, BUWIWM Təqaüdü kimi təqaüd proqramlarını da araşdıraraq sizə ən uyğun olan  təqaüd proqramını seçə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button