Xaricde tehsil məlumatları

Polşada təhsil

Xaricdə təhsil şərtləri – Polşada təhsil

Xaricdə təhsil almaq arzusunda olanlar üçün Polşa ən əlverişli seçimlərdən biridir. Polşada təhsilin keyfiyyəti heç də digər Avropa ölkələrindən geri qalmır.
Polşada təhsil. Avropada təhsili seçmək istəyən abituriyentlər üçün Polşa ən uyğun seçimlərdən biri hesab olunur. Çünki Avropa ölkələri arasında dinamik inkişaf edən təhsil sisteminə sahib olması və illik təhsil haqqının münasib olmasına görə Polşa xüsusilə seçilmiş ölkələrdəndir.

Polşada təhsil almaq sizə nə qazandıracaq? Polsada tehsilin ustunlukleri. Polşa yüksəksəviyyəli yaşam tərzi və həyat keyfiyyətinə görə fərqlənən ölkələrdəndir. Həmçinin Polşa yüksək gəlirli iqtisadiyyatı ilə fərqlənən bir ölkədir.

Polsada tehsil – Polsada bakalavr tehsili

Polşada təhsil üçün əksər hallarda 11 illik təhsil haqqında attestatla qəbul olmaq kifayət edə bilir. Polşada bakalavr proqramları, əsasən, 3-5 ili əhatə edir. Polşada 450-dən çox universitet var və Polşanın ən böyük universiteti Varşava Universitetidir.
Polsa universitetleri əcnəbi tələbələr üçün ingilisdilli təhsil proqramları təklif edir və Polsada tehsil almaq üçün ingilis dili biliyinizi sübut edən sertifikatlar (IELTS,  TOEFL) almaq məcburiyyətində deyilsiniz. Bunun əvəzinə foundation proqramları təklif edirlər və siz ingilis dilinizi lazımi səviyyəyə çatdıraraq təhsilinizə davam edə bilərsiniz.

Polşada magistr təhsili

Maraqlıdır

Polşada magistr təhsili almaq üçün nə etmək lazımdır? Polsada magistr tehsili üçün lazım olan senedler:


• Bakalavr diplomu
• Transkript
• Fotoşəkil
• Xaarici şəxsiyyət vəsiqəsi
• İELTS və ya TOEFL nəticəsi
• CV
• Motivasiya və ya tövsiyyə məktubu (universitetin tələb etdiyi halda)

Bu ölkədə magistr təhsili üçün İELTS 6.5 lazımdır.

Polşa universitetləri

Krakovda yerləşən və Mərkəzi Avropada sayca 2-ci universitet olan Jagiellonian Universiteti 1364-cu ildə yaradılmışdır. Varşava Universiteti həm Polşanın ən böyük universitetidir, həm də Avropanın İnformasiya və Texnologiya sahəsi üzrə ən güclü universitetlərindən sayılır. 

Polşada beynəlxalq tələbələr üçün təqaüdlər mövcuddur. Polşa hökuməti, Polsa universitetleri və bir sıra xarici təşkilatlar beynəlxalq tələbələri dəstəkləmək üçün müxtəlif təqaüdlər təklif edirlər. Polşada yaşayış xərcləri bir çox digər Avropa ölkələri ilə müqayisədə ümumiyyətlə aşağıdır. Ancaq bu xərclər şəhərdən və tələbələrin şəxsi həyat tərzindən asılı olaraq dəyişə bilər. Polsa universitetleri ecnebi telebelere mühəndislik, kompüter elmləri, tibb, biznesin idarə edilməsi, iqtisadiyyat və s. kimi müxtəlif populyar kurslar və proqramlar təklif edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button