Xaricde tehsil məlumatları

Attestatla Türkiyədə təhsil

Attestatla xaricdə təhsil almaq mümkündürmü?

Sadəcə attestatla, imtahansız xarici ölkədə təhsil almaq istəyənlərin sayı kifayət qədər çoxdur.  Attestatla heç bir imtahan nəticəsi olmadan xaricdə təhsil şansı əldə etmək, təbii ki, müsbət bir haldır. Sırf buna görə attestatla xaricdə təhsil almağın asan yollarını açıqlayacağıq.

Attestatla Türkiyədə təhsil almaq

Xaricdə təhsil almaq istəyən tələbələr, əsasən, Türkiyəyə üz tutur. Türkiyədə (hətta Türkiyənin ən nüfuzlu universitetlərində) TAM İMTAHANSIZ attestatla təhsil almaq mümkündür.

Türkiyədə təhsil almaq üçün lazım olan sənədlər hansılardır?

Türkiyədə bakalavr təhsili üçün lazım olan sənədlər:

Maraqlıdır
  1. Attestat (Əgər attestat yoxdursa, şagirdin 11-ci sinifi bitirdiyinə dair arayış)
  2. Qiymət cədvəli (transkript) – əsasən, 9, 10 və 11-ci sinif qiymətləri əks olunur
  3. Müraciət edən şagirdin fotoşəkli 3X4
  4. Şəxsiyyət vəsiqəsi, ehtiyac olarsa xarici pasport

Türkiyədə magistr təhsili üçün lazım olan sənədlər:

  1. Bakalavr diplomu
  2. Transkript (qiymət cədvəlinin çıxarışı)
  3. Fotoşəkli
  4. Əgər tələb olunursa (yəni müraciət olunan universitet tələb edirsə), universitet müəllimlərindən tövsiyə məktubu
  5. Motivasiya məktubu (əgər tələb olunursa)
  6. Şəxsiyyət vəsiqəsi, xarici pasport

Türkiyədə ən çox müraciət edilən ixtisaslar siyahısı:

  • Beynəlxalq münasibətlər
  • İqtisadiyyat
  • Turizm
  • İdarəetmə
  • İnşaat mühəndisliyi
  • İncəsənət və s.

Türkiyədə ən nüfuzlu universitetlərin siyahısı ilə tanış ol: https://xaricdetehsil.az/turkiye-universitetleri/

Diplomların tanınması məsələsinə gəldikdə isə Türkiyə universitetlərinin diplomları 100% Azərbaycanda tanınır.

Turkiyenin en yaxsi universitetleri

Turkiyede tehsil

Türkiyədə təhsil almağı seçən tələbə namizədləri, əsasən, Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərində yerləşən prestijli universitetlərə qəbul almaq istəyirlər. Bu universitetlər dövlət universitetləri və ya özəl universitetlər olmaqla iki qrupa bölünür. Türkiyə universitetlərində illik təhsil haqqı ilə tanış olmaq üçün arzuladığınız ixtisas və bu ixtisas tədris edilən universitetlərin siyahısından istədiyiniz universitetin veb saytına daxil olmaqla məlumat əldə edə bilərsiniz. Bundan əlavə yataqxana, universitetin xüsusi şərtləri (əgər varsa, qəbul üçün attestatdan əlavə xüsusi şərtlər) və s. ilə də bağlı informasiya almaq mümkündür. Hərçənd ki, əksər hallarda müraciətçilər bu tip məsələləri asanlıqla həll etmək üçün xaricde tehsil sirketlerine üz tuturlar.

Türkiyə universitetlərində təhsil haqları, əsasən 400 dollardan başlayır.

Turkiyede tehsil almagin ustunlukleri – Turkiyede tehsil sən nə qazandıracaq?

Türkiyədə təhsil almağın üstünlükləri nələrdir?

  • Prestijli Türkiyə universitetlərin diplomları hətta Amerikada və Avropanın bir sıra ölkələrində tanınır.
  • Türkiyədə təhsil haqqı sərfəlidir.
  • Bu ölkədə tədris proqramları Avropa standartlarına uyğundur. Tədrisin keyfiyyəti xüsusilə seçilir.
  • Xarici tələbələr üçün iş imkanları açıqdır. Xüsusilə rus və ingilisdilli tələbələrə digər namizədlərə nisbətən daha çox üstünlük verilir. (Əsasən turizm sahəsində olan iş imkanları)
  • Bu ölkənin mədəniyyəti Şərq və Qərbin qovuşmasını əks etdirir. Türkiyənin mədəniyyətində həm də bizim ölkənin mədəniyyəti ilə oxşar cəhətlər olduğundan buradan gedən tələbələr orada mühitə uyğunlaşmaqda o qədər də çətinlik çəkmirlər.
  • Dil bənzərliyi. İngilis dilini yaxşı bilməyən tələbələr və ya ingilis dilində tədris almaq istəməyən tələbə namizədləri qardaş ölkədə türk dilində rahatlıqla təhsil ala bilir. Dilimizin bənzərliyi tədris keyfiyyətinin aşağı düşməsinə heç bir mənfi təsir göstərmir. Bu da tələbələr üçün təbii ki, bir üstünlükdür.
  • Türkiyənin Azərbaycandan çox da uzaq bir məsafədə olmaması amili və s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button