Ümumi

Türkiyə universitetləri

Türkiyədə təhsil – xaricde tehsil imkanlari

Gündən-günə Türkiyədə, xüsusilə xaricdə təhsil mövzusu daha çox diqqətə və müzakirəyə səbəb olur. Turkiyede tehsil arzuolunandır – əlbəttə, belə də olmalıdır. Çünki tələbə adını qazanmaq istəyənlər, arzuladıqları ixtisasda oxuyaraq yaxşı mütəxəssis olmaq istəyənlər ən keyfiyyətli tədris prosesindən yararlanmaq istəyir.
Türkiyədə təhsil almağa çalışmaq da bu addımlardan biri hesab oluna bilər. Çünki Türkiyədə kifayət qədər yaxşı və prestijli universitetlər var, onların bir neçəsi dünyanın qabaqcıl universitetləri siyahısında da yer alır. Ümumiyyətlə, Türkiyədə ali təhsil sistemi 1981-ci ildə yenidən qurulmağa başlamışdır. Məhz bu baxımdan hazırda Türkiyə Universitetləri istər texniki təchizat, istər müasir metodlarla təhsil, istər kampus şəraiti və s. amilər baxımından heç də Avropa universitetlərindən geri qalmır.

Türkiyənin prestijli universitetləri

İndi isə Türkiyənin ən prestijli universitetləri (Türkiye üniversiteleri) ilə tanış olaq.

Türkiyənin ən yaxşı dövlət universitetləri

Universitetin adıUniversitetin veb saytıYerləşdiyi bölgə
Hacettepe Universitesihttps://www.hacettepe.edu.tr/Ankara
ODTÜhttps://www.metu.edu.tr/trAnkara
İTÜhttps://www.itu.edu.tr/İstanbul
İstanbul Üniversitesihttps://www.istanbul.edu.tr/trİstanbul
Gazi Üniversitesihttps://gazi.edu.tr/Ankara
Ankara Üniversitesihttps://www.ankara.edu.tr/Ankara
Ege Üniversitesihttps://ege.edu.tr/eng-0/homepage.htmlİzmir
Boğaziçi Üniversitesihttps://www.boun.edu.tr/İstanbul
Yıldız Teknik Üniversitesihttps://yildiz.edu.tr/İstanbul
Marmara Üniversitesihttps://www.marmara.edu.tr/İstanbul
Atatürk Üniversitesihttps://atauni.edu.tr/en/indexErzurum
Dokuz Eylül Üniversitesihttps://www.deu.edu.tr/İzmir
Selçuk Üniversitesihttps://selcuk.edu.tr/Konya
Anadolu Üniversitesihttps://www.anadolu.edu.tr/Eskişehir
Turkiyenin prestijli universitetleri

Qeyd edək ki, dövlət universitetlərinə maddi yükün (təhsil haqqının) nisbətən yüngül olması səbəbindən müraciət edənlər çoxdur.

Türkiyədəki ən yaxşı özəl universitetlər

Koç Üniversitesihttps://www.ku.edu.tr/İstanbul
Sabancı Üniversitesihttps://www.sabanciuniv.edu/İstanbul
Çankaya Üniversitesihttps://www.cankaya.edu.tr/Ankara
Başkent Üniversitesihttps://www.baskent.edu.tr/en/Ankara
Yeditepe Üniversitesihttps://yeditepe.edu.tr/trİstanbul
Acıbadem Üniversitesihttps://www.acibadem.edu.tr/İstanbul
İstanbul Rumeli Üniversitesihttps://rumeli.edu.tr/İstanbul
Bahçeşehir Üniversitesihttps://bau.edu.tr/İstanbul
İzmir Ekonomi Üniversitesihttps://www.ieu.edu.tr/trİzmir
Bilkent Üniversitesihttps://w3.bilkent.edu.tr/www/Ankara
Turkiye universitetleri
Turkiyede tehsilin ustunlukleri

Türkiyə universitetlərində təhsil almaq

Maraq yaradan suallardan da biri budur ki, Turkiye universitetlerinde tehsil almaq üçün hansı ixtisaslar üzrə müraciət etməliyik və ya Türkiyə universitetlərində hansı ixtisaslar üzrə təhsil almaq olar?
Belə ki, Türkiyədə Hukuk bölümü, mühendislik, Tıp ve Hemşirelik, Tasarım ve Mimarlık, İşletme, Sosyal ve İdari Bilimler, Edebiyat, Sağlık Bilimleri, Güzel sanatlar, Ekonomi və digər fakültə-ixtisaslar üzrə təhsil almaq avantajlıdır.

Türkiyədə bakalavr təhsili, əsasən, dörd il ərzində davam edir. Bu universitetlərdə bakalavr proqramları türk və ya ingilis dillərində (ixtisasdan asılı olaraq dəyişə bilir) tədris olunmaqdadır.


Türkiyədə təhsil almağın üstünlükləri. Niyə xaricde tehsil dedikdə ağıla ilk Türkiyədə təhsil almaq məsələsi gəlir?
Türkiyədə təhsilə üstünlük verilməsinin bir səbəbi də bu ölkədə qiyabi olaraq təhsil almağın əcnəbi tələbələr üçün heç bir problem yaratmamasıdır. Qiyabi təhsilə həm bakalavr, həm magistr, həm də doktorantura proqramı üzrə müraciət edilə bilər.

Türkiyədə təhsil alan əcnəbi tələbələr də türk mədəniyyətini yaxından tanımaq imkanı əldə edirlər. Türkiyə tarixi və mədəni zənginliyi ilə dünyanın aparıcı turizm mərkəzlərindən biridir. Ona görə də Türkiyədə təhsil alan tələbələr təhsilləri ilə yanaşı türk mədəniyyətini də araşdırmaq imkanı əldə edəcəklər. Digər bir məqam bu ölkəyə getmək üçün viza almağa ehtiyac yoxdur, bu da prosesi xeyli asanlaşdırır.

Türkiyədə təhsil üçün ən çox müraciət edilən tədris proqramları hansılardır?

Türkiyə universitetlərinin tələbəsi olmaq istəyənlər, əsasən, aşağıdakı ixtisaslara üstünlük verirlər:

  • Mühəndislik (illik təhsil haqqı – 25000 $-dan başlayaraq)
  • Biznes (illik təhsil haqqı – 33000 $ +)
  • Kompüter elmləri  (illik təhsil haqqı- 24000 $ +)
  • Beynəlxalq münasibətlər (illik təhsil haqqı – 44000 $ +)
  • Psixologiya (illik təhsil haqqı – 22000 $ +)

Bu qeyd olunanlar, əsasən, ən prestijli (həmçinin özəl universitetlər) üçün keçərlidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button