Xaricdə iş tapmaq istəyənlər üçün vacib məlumatlar
Yeni üfüqləri kəşf etmək, inkişaf etmək, şəxsi həyatında və karyeranda böyük uğurlara imza atmaq üçün xarici ölkəyə yollanmaq olduqca ideal seçimdir. Bu zaman insan həyatı fərqli yollardan keçərək axtardığı, illərlə arzuladığı nəticələrə gəlib çata bilir. Eyni zamanda qazandığın insanlar və uğurlar da artır. Necə deyərlər, çox gəzən çox bildiyi kimi, çox gəzən həm də daha çox nailiyyətlər qazanar. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar öz arzu və məqsədlərinə uyğun olaarq fərqli dövlətlərə üz tutur. İnsanlar təhsil almaq, karyera qurmaq kimi imkanlarla öz həyat tərzini dəyişir. Bu dəfəki məqaləmizdə, xaricdə iş imkanlarından və üstünlüklərindən danışacağıq.
Xarici ölkədə işləməyin hansı üstünlükləri var?
İstənilən halda öz xarakterinə və hədəflərinə uyğun ölkədə yaşamaq insanı xoşbəxt hiss etdirir.
- İstənilən ölkəyə yollanaraq fərqli mədəniyyətlə tanış olmaq fürsəti
- Karyera yüksəlişi daha sürətlidir
- Xarici dil bilikləri inkişaf edir
- Şəxsi inkişaf
- Beynəlxalq karyera şəbəkəsinin bir parçasına çevrilmək fürsəti
- Yeni dostlar və s.
Xaricdə iş tapmaq üçün hansı saytlardan istifadə etmək olar?
Dünyanın bir ucundan digər ucunda iş taparaq karyera qurmaq mümkündür. Həmin ölkədə yeni həyat qurmaqdan tutmuş onlayn işlərə qədər karyera quran minlərlə insan var. Məhz onların hansı platformalrdan istifadə etdiyini sizinlə bölüşürük.
Uzun illərin iş axtarışı platforması olan “Linkedin”də minlərlə şirkət və şirkət əməkdaşlarının profilləri yer alır. Bu isə arzuladığınız ölkədə yaxud müəssisədə əməkdaş olaraq çalışmağınızı asanlaşdırır. Qeydiyyatdan keçərək, öz haqqınızda məlumatları tam şəkildə əlavə etməyiniz, qazandığınız sertifikat və uğurları, iştirak etdiyiniz layihə və tədbirləri qeyd etməyiniz tövsiyə olunur. Eyni zamanda müxtəlif şirkətlərə bu platforma vasitəsi ilə portfolionuzu göndərə bilərsiniz. Davamlı olaraq paylaşacağınız məlumatlar fonunda əksər hallarda müxtəlif şirkətlər də sizinlə əlaqə saxlayacaqdır. Xarici şirkətlə əməkdaşlıq etmək hədəfiniz olduğu üçün, məlumatların ingilis dilində paylaşılması daha məqsədə uyğundur.
Ölkə sərhədlərindən kənarda yeni karyera qurmaq istəyirsinizsə “JobsDB” məhz sizin üçündür. Əsasən Hong Kong, İndoneziya, Sinqapur və Taylandda mövcud olan ənənəvi və frilans iş elanları paylaşılır. Saytda qeydiyyatdan keçərək ixtisasınıza uyğun axtarış edərək yeni iş tapa bilərsiniz.
Avropada karyera qurmağı xəyal edən hərkəs mütləq şəkildə “EuroJobs”da qeydiyyatdan keçməlidir. Təqribən yüzə yaxın ölkədə mövcud olan vakansiyaların paylaşıldığı bu platforma həyatınızın tamamilə dəyişməsinə səbəb ola bilər.
Digər iş axtarışı saytlarından fərqli olaraq “Indeed” filtirləmə və dəyərləndirmə funksiyalarına sahibdir. Beləliklə, saytda iş axtaranın və işə götürən arasında əlaqə təmin olunur. Eyni zamanda qiymətləndirmə sistemi iş yerləri haqda ilkin təəssüratın yaranmasını təmin edir. Günümüzdə sözügedən platformadan 60-dan çox ölkədə istifadə olunur.
Amerikada yaşamaq xəyalı quran və ya adı çəkilən ölkənin müxtəlif şirkətlərində çalışmaq istəyənlər “TheLadders” platformasından yararlana bilər.
ABŞ, Kanada və bəzi Avropa ölkələrində cari iş elanlarını tapa biləcəyiniz platformadır.
İnsanlarının həyat tərzi və ümumilikdə üslubu ilə seçilən İngiltərədə karyera qurma qistəyirsinizsə “Jobs.Co.Uk” saytında qeydiyyatdan keçə bilərsiniz.
Almaniya dövləti tərəfindən rəsmi formada tanınan bu saytda elanlarla yanaşı həmçinin iş tapa bilməyiniz üçün müxtəlif faydalı məlumatlar da dərc olunur.
Dubay, Qatar, Küveyt kimi ölkələrdə karyera qurmaq istəyənlər bu sayta keçid edə bilər.
“eChinaJobs” saytı Çin Xalq Respublikasında mövcud olan iş elanlarını dərc edir.
On bir ölkəyə məxsus vakansiyaların paylaşıldığı bu saytda fərqli nüans ondan ibarətdir ki, axtarışlar maaş, region, tələblər və s. xüsusiyyətlərə görə tənzimlənib.
Avropada ən rahat iş vizası verən ölkələr hansılardır?
İxtisasından, çalışmaq istədiyi sahədən, dinindən, irqindən və digər bütün aspektlərdən asılı olmayaraq dünyanın istənilən nöqtəsindən Avropaya gələrək bu fürsətlər diyarının üstünlüklərindən yararlanmaq mümkündür. Bildiyiniz kimi, Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün şərtlər bir qədər mürəkkəbdir. Viza alınmasından tutmuş, təhsil almağa, region ölkələrində yeni həyat qurmağa qədər prosedurlar kəskin tələblər, şərtlərlə icra olunur. Məsələn, Almaniyada təhsil almaq yaxud işləmək planınız varsa bank hesabınızda minimum halda 13 000 avronun olması tələb olunur. Bu rəqəm dəyişilə bilir. Ancaq bununla yanaşı bir çox Avropa ölkələri öz fürsət qapılarını dünya vətəndaşlarının üzünə açaraq onlar üçün yeni şanslardan yararlanmağa şərait yaradır. Sizin üçün ən rahat iş vizası verən ölkələri araşdırdıq.
Almaniya
Almaniya son dövrlər xaricdən ixtisaslı miqrant işçiləri cəlb etmək üçün “Chancenkarte” adlı fürsət kartını tətbiq etməyə başlayıb. Beləliklə, ölkədə tələb olunan bacarıqlara sahib xarici mütəxəssislərin Almaniyaya gəlişi bal sistemi ilə nisbətən asanlaşdırılıb. Kvotalar hər il müxtəlif sektorlarda işçi çatışmazlığından asılı olaraq müəyyən edilir. Proqrama müraciət etmək üçün aşağıdakı dörd meyardan üçünə cavab verən namizədlərə fürsət kartının verilməsi nəzərdə tutulub.
- Almaniya hökümətinin rəsmi şəkildə tanıdığı təhsil dərəcəsi və ya peşə təhsili
- Üç illik peşə təcrübəsi
- Dil bilikləri və ya namizədin daha öncə Almaniyada yaşaması
- Namizədin 35 yaşdan aşağı olması
Qeyd edək ki hazırda Aİ üzvü olmayan ölkənin vətəndaşı olan şəxslər Almaniyada yaşamaq üçün ilk olaarq iş təklifi almalıdır. Cari vəziyyətdə Almaniya ən çox tələb olunan peşə sahibləri isə aşağıdakılardır.
Mühəndislər: Avtomatlaşdırma texnologiyası, tikinti, memarlıq, avtomobil sənayesi, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi və süni intellekt sahəsi üzrə mühəndislər
İnformasiya texnologiyaları üzrə mütəxəssislər : Proqram təminatının inkişafı, İT təhlükəsizliyi
Alimlər: Biotexnologiya, kimya, energetika, tibb, əczaçılıq, fizika
Həkimlər : Tibb bacıları və baxıcılar – Xəstələrə, uşaq və qocalara qulluq
Xüsusi qabiliyət tələb edən ixtisaslar : İnşaat, elektronika, ev üsulu ilə qidaların hazırlanması üzrə, sağlamlıq və şəxsi qulluq, qrafik dizayn, geyim, tekstil və dəri sənayesi.
Hazırda Almaniyada aktual olan vakansiyaları Make It In Germany saytına daxil olaraq yaxından izləyə bilərsiniz.
Danimarka
Dünyanən ən xoşbəxt ölkəsi olaraq tanınan Danimarka öz qapılarını daha çox elmi tədqiqatçılar, mühəndislər, hüquqşünaslar, səhiyyə işçiləri, İT mütəxəssisləri və ixtisaslı elektrikçilər, dəmirçilər və metal işçiləri üçün açmağa başlayıb. Danimarka Beynəlxalq İnteqrasiya və İşə Qəbul Agentliyi (SIRI) bunun üçün həm yüksək təhsilli, həm də ixtisaslı işçilər üçün siyahı hazırlayıb. Namizədlər bu siyahıdan tapdıqları iş yerlərinə iyulun 1-dən dekabrın 31-dək müraciət edə biləcəklər. Bu siyahılar üzrə müraciətləri qəbul edilənlər Danimarkada yaşamaq və işləmək icazəsi əldə edəcək. Həmin şəxslərə əmək müqaviləsinin müddətinə uyğun olaraq yaşayış və iş icazəsi təqdim olunacaq.
İrlandiya
İrlandiyada digər Avropa ölkələri ilə müqayisədə iş icazəsi almaq nisbətən asandır. Ölkədə yaşamaq üçün ilk növbədə iş tapmaq lazım olsa da, son illərdə sektorlarda əhəmiyyətli çatışmazlıqlar səbəbindən miqrant işçilər üçün prosedurlar sadələşdirilib. Bu ölkədə yüksək ixtisaslı işçi olaraq çalışmaq üçün “Critical Skills Work Permit” iş vizasına, daha az təcrübəli namizədlər isə “Ümumi iş icazəsi”nə müraciət edə bilər. Birinci siyahı zəruri sektorlarda İrlandiya iqtisadiyyatının inkişafına töhfə verəcək istiqamətləri, ikincisi isə bütün biznes növlərini əhatə edir.
- Səhiyyə xidmətləri və ictimai səhiyyə menecerləri
- Ev təmziliyi üzrə çalışa biləcək şəxslər və biznes sahibləri
- Kimya mühəndisləri – Şotlandiyada və yalnız nüvə sənayesində işləmək üçün
- Biologiya alimləri və biokimyaçılar
- Fizika elmləri : Geoloqlar, hidrogeoloqlar, geofiziklər
- Fizika elmləri: Geofiziklər, geoalimlər, geoloqlar, geokimyaçılar, nüvə sənayesində istismardan çıxarma və tullantı sahələrinin texniki xidmət menecerləri, baş resurs geoloqları və dağ-mədən sənayesində geoloqlar
- Arxeoloqlar
- İnşaat mühəndisləri
- Mexaniki mühəndislər
- Elektrik mühəndisləri
- Elektronika mühəndisləri
- Dizaynerlər
- İstehsal və əməliyyat mühəndisləri
- Kommunikasiya texnologiyaları biznes analitikləri və sistem dizaynerləri
- Proqramçılar və proqram təminatı üzrə mütəxəssislər
- Veb dizayn və inkişaf mütəxəssisləri
- Kibertəhlükəsizlik mütəxəssisləri
- Baytarlar
- Memarlar
- Keyfiyyətə nəzarət və planlaşdırma mühəndisləri
- Laboratoriya texnikləri
- Rəssamlar
- Rəqqaslar və xoreoqraflar
- Musiqiçilər
- İncəsənət nümayəndələri, prodüserlər və rejissorlar
- Qrafik rəssamlar
- Qaynaqçılar və s.
Portuqaliya
Turizm və tikinti sektorlarında işçi çatışmazlığı olan Portuqaliyaya iş axtarmaq üçün gələn immiqrantlara 9 aya qədər müvəqqəti viza almağa icazə verilir. Mövsümi olaraq çalışan işçilərin birdən çox iş yerində işləmək imkanı var. Uzunmüddətli iş vizası üçün isə yalnız müəyyən edilmiş peşə qruplarına daxil olanlar müraciət edə bilər. İş vizası alındıqdan sonra Portuqaliyada bir ildən iki ilədək qalmaq imkanı var. Portuqaliyada 5 il yaşayanlar daimi yaşayış icazəsi üçün müraciət edə bilər. Bu icazəni əldə etdikdən sonra isə yenidən iş vizası almaq tələb olunmur.
Xaricdə hansı ixtisasların maaşı yüksəkdir?
Dünya üzrə ən yüksək əmək haqqına sahib ixtisaslar aşağıdakılardır.
- Tibb
- Hüquq
- Pilot
- Proqram mühəndisliyi
- Neft mühəndisliyi
- İT menecer
- Professor
- Diş həkimliyi
- Dietoloq
- Baytarlıq
- Əczaçı
- Süni intelekt mühəndisliyi
- Avtomobil mühəndisliyi və s.
Ümumiləşdirsək dünyanın istənilən ölkəsində karyera qura və xəyal etdiyiniz həyatı yaşaya bilərsiniz. Arzuladığınız ölkələr haqqında dərin araşdırmalar apararaq bir çox fürsətləri dəyərləndirmək mümkündür. Ümid edirik ki, yuxarıda qeyd etdiyimiz məlumatlar sizin üçün faydalı olacaq və həyatınıza yeni səhifə açmaq üçün stimul olacaq. Ən qısa zamanda açılacaq yeni sabah arzuladığınız o şəhərə çantanızı toplamaq həyəcanı ilə açılsın!
Xaricdə işləmək üçün yerli dili bilmək vacibdirmi?
Əksər ölkələrdə mütləq tələb olunan şərt olmasa da, minimum səviyyədə dil biliklərinizin olması mütləqdir.
Xaricdə iş təklifini qəbul etməzdən əvvəl hansı məqamları nəzərə almaq lazımdır?
Ölkənin mədəniyyətini, həyat tərzini və yaşayış dəyərini hərtərəfli araşdırın ki, bu, seçimlərinizə və büdcənizə uyğun olsun.
Ən yüksək maaşlı ixtisas hansıdır?
Hazırda dünya üzrə ən yüksək maaş alan ixtisas sahibləri pilotlar hesab olunur.