Ümumi

Attestatla xaricdə təhsil almaq üçün şərtlər nədir?

Dünyada nə qədər görmədiyimiz yerlər, səyahət etmədiyimiz şəhərlər, tanımadığımız insanlar, dadmadığımız təamlar var. Bu siyahını artıra biləcəyimiz minlərlə fərqliliklərin hər birini dəyərləndirmək şansımızın nə qədər olduğunu belə dəqiq şəkildə demək çətindir. Ancaq düşündüyümüz və düşünə bilmədiyimiz bütün fərqliliklər həyatımıza yeni nəfəs gətirir. Hətta gələcək səyahətlərimizin planını quranda belə o xoşbəxtliyi dərindən hiss edirik. Daim yenilik axtarışda olanlar üçün həyat daim bir-birindən fərqli yollarda, döngələrdə, zirvələrdə, bəzən eniş nöqtələrində keçər. Çünkü onlar üçün yaşamağın, xoşbəxtliyin sirri bütün kainatın hərəkətliliyi kimi dayanmadan irəliyə qaçmaqdır. Bu ifadəni tez-tez eşidərik. “Yaşadığın coğrafiya sənin qismətindir”. Doğrudur ki, doğulduğun mühit həyat tərzinə, xarakterinə, davranışlarına, karyerana təsirsiz ötüşmür. Ancaq hər zaman olmaq istədiyimiz insan üçün, yaşamaq istədiyimiz həyat üçün şans var. Odur ki, bu gün sizə xaricdə təhsil almağın ən rahat yollarından danışacağıq. 

Xaricdə təhsil almaq nə üçün vacibdir?

İlk olaraq qeyd edək ki, bütün dünyada gənclər xəyal etdikləri ölkədə yeni həyat və ya perspektivli gələcək qurmaq üçün müxtəlif dövlətlərə təhsil almaq seçimi ilə üz tuturlar. Əksər ölkələrdə viza almaq, yaşamaq problemli prosedur olduğu üçün, təhsil forması ilə həmin ölkələrə yollanmaq işləri bir qədər asanlaşdırır. Nəticədə yüksək səviyyəli təhsil almaqla yanaşı gənclər bir çox fürsətlərdən yararlanmaq imkanı qazanır. Ümumi olaraq xaricdə təhsil almaq insan həyatı üçün inanılmaz dəyərlər qazandırır.

  • Fərqli mədəniyyətləri kəşf etmək imkanı
  • Xarici dil və ya dilləri sürətli öyrənmək fürsəti
  • Beynəlxalq diplomun əldə olunması
  • Yüksək səviyyəli və ixtisaslaşmış təhsil
  • Zəngin kitabxanalar, dünya şöhrətli professorlarla tanışlıq
  • Yeni dostlar qazanmaq şansı
  • Rəngarəng, əyləncə dolu keçən gənclik
  • Geniş karyera fürəstləri
  • Şəxsi inkişaf və s.

Bu siyahını fərdi və ya ümumi olaraq artırmaq olar. Çünkü şəxs olaraq qazana biləcəyimiz hər detal birbaşa özümüzdən asılıdır. Önəmli nüanslardan biri də budur ki, xarici təhsil təcrübəsi həm ölkəmizdə həm də dünyanın digər ölkələrində karyera qurarkən üstün məqam olaraq qəbul edilir. 

Xarici universitetlərə necə qəbul olmaq olar?

Dövr dəyişdikcə həyat şərtləri getdikcə daha da sadələşməyə başlayır. Əgər əvvəllər insanlar hansısa məlumatı oxumaq üçün həftəsonu qəzetlərini gözləyirdisə hazırda baş verən hadisələrdən, qəbul edilən qanunlardan elə anındaca xəbər tutmaq mümkündür. Zamanın dəyişən şərtlərindən biri də artıq insanların hər zaman daha rahat alternativlərə üstünlük verməsidir. Məsələn, evdə xarab olan əşyamızı təmir etmək üçün “Youtube” videolarından, onlayn usta məsləhətindən yararlanırıq. Hansı ki, yaxın illər öncə bu belə deyildi. Odur ki, inkişaf edən müxtəlif sektorların sayəsində təhsil sahəsi də özünəməxsus inkişaf sürəti ilə seçilir. Müasir dövrün gəncləri bir qədər şanslıdır desək yanılmarıq. Çünkü hazırda gənclər dünyanın istənilən nöqtəsində yerləşən universitetlərdə arzuladıqları təhsili ala bilir. Üstəlik bunun üçün əksərən əlavə imtahanlar, şərtlər tələb olunmur. Tələb olunan bəzi vacib məqamlar ola bilər ki, bunlar isə mürəkkəb tələblər deyildir. Hazırda ölkəmizdə gənclərin tələbə adını qazanması üçün müxtəlif xaricdə təhsil şirkətləri tərəfindən attestatla qəbullar həyata keçirilir. Bu o deməkdir ki, sadəcə attestat sənədiylə əlavə imtahanlarsız, streslərsiz təhsil almaq mümkündür. 

Tək attestatla tələbə adı necə qazanılır?

İlkin mərhələdə namizədin hansı ölkədə və universitetdə təhsil almaq istədiyini müəyyənləşdirmək lazımdır. Çünkü sadəcə attestatla qəbullar zamanı bəzi universitetlər müxtəlif dil sertifikatlarını tələb edə bilər. Bu isə təhsil almaq üçün seçilən dilə əsasən tələb olunur. Gələcəkdə tələbənin tədris prosesində problem yaranmaması üçün bu nüans vacibdir. Ümumi olaraq universitetlərin rəsmi saytlarında tələb olunan zəruri sənədlərin və xüsusi şərtlərin siyahısı qeyd olunur. Ətraflı tanış olduqdan sonra qeydiyyat forumunu tamamlamaq lazımdır. Sənədlər hər universitetə görə dəyişsə də, aşağıda qeyd olunan sənədlər bütün universitetlər tərəfindən tələb olunur.

Tələb olunan sənədlər

– Məktəbdən arayış və ya attestat

– Xarici pasport

– Qiymət ortalaması (9-10-11-ci sinif qiymətləri)

– 3×4 ə şəkil

Qeyd edək ki, bəzi universitetlər tələbəyə ixtisas təhsilindən öncə müxtəlif xarici dillər üzrə bir illik kursda iştirak etməyi təqdim edir.

Tək attestatla hansı ölkələrdə təhsil almaq olar?

Bəzi məqamlarda valideynlər və tələbələr attestatla qəbul proseduruna tərəddüdlə yanaşır. Ancaq xatırlatmaq istəyirik ki, ölkəmizdə minlərlə gənc bu formada xaricdə ali təhsil alıb. Onlar arasında ölkəmizə geri qayıdıb karyera quranlarla yanaşı fərqli ölkələrdə uğurla təmsil olunanlar da kifayət qədərdir. Universitet seçərkən beynəlxalq diplom təqdim etməsi və yerləşdiyi ölkənin hökuməti tərəfindən rəsmi formada tanınmasına diqqət yetirmək lazımdır. Hazırda sadəcə attestatla Türkiyə, Rusiya, Ukrayna, Litva, Latviya, Macarıstan, Polşa və s. kimi digər Avropa ölkələrində təhsil almaq mümkündür. Ölkələr arasında münasib şərtləriylə seçilənlər də vardır ki, təhsil almaq imkanlarını daha əlçatan edir. Buraya Türkiyə, Rusiya, Polşa və s. daxildir. 

Tək attestatla Türkiyədə hansı universitetlərə qəbul olmaq olar?

Qardaş ölkə azərbaycanlı tələbələrin ən çox üz tutduğu dövlətlər sırasında ilk yerlərdə qərarlaşıb. Təhsil haqqının münasibliyi, yaşayış xərclərinin sərfəli olması, yüksək səviyyəli təhsil və digər bir çox üstün məqamlar Türkiyənin ön sıralarda olmasını təmin edir. Bununla yanaşı qardaş ölkə gənclərə beynəlxalq diplom, bənzərsiz təcrübə imkanları, geniş karyera fürsətləri və unudulmaz xatirələrlə bol olan tələbəlik vəd edir. Ən vacib məqamlardan biri də budur ki, Türkiyə universitetləri sadəcə attestat sənədi, kollec diplomuyla tələbələrin bakalavr təhsili almasını təmin edir. Bu o deməkdir ki, müxtəlif universitetlərə sadəcə attestat sənədinizi, kollec diplomunuzu təqdim etməklə əlavə imtahanlarsız tələbə adını qazana bilərsiniz. Təhsil alacağınız dilə uyğun olaraq (türk, ingilis, fransız və s.) sizdən beynəlxalq dil imtahan sertifikatları (İELTS, TOEFL və s.) və ya universitetlərin tətbiq etdiyi dil imtahanlarında iştirak etmək tələb oluna bilər. İndi isə gəlin Türkiyədə sadəcə attestat sənədiylə qəbul ola biləcəyiniz universitetlərin siyahısı ilə tanış olaq.

  • Eskişehir Osmangazi Universiteti
  • Uludağ Universiteti
  • Onsekiz Mart Universiteti
  • Fırat Universiteti
  • Abdullah Gül Universiteti
  • Atatürk Universiteti
  • Gaziantep Universiteti
  • İnönü Universiteti
  • Kütahya Dumlupınar Universiteti
  • Manisa Celal Bayar Universiteti
  • Necmettin Erbakan Universiteti
  • Tekirdağ Namık Kemal Universiteti
  • Gaziosmanpaşa Universiteti
  • Trakya Universiteti
  • Bülent Ecevit Universiteti
  • Bozok Universiteti
  • Yalova Universiteti
  • Cumhuriyet Universiteti
  • Sinop Universiteti
  • Niğde Ömer Halidemir Universiteti
  • Kırklareli Universiteti
  • Kırıkkale Universiteti
  • Kastamonu Universiteti
  • Karamanoğlu Mehmetbey Universiteti
  • Karabük Universiteti
  • Kahramanmaraş Sütçü İmam Universiteti
  • Kafkas Universiteti
  • Iğdır Universiteti
  • Hitit Universiteti
  • Mustafa Kemal Universiteti
  • Harran Universiteti
  • Gümüşhane Universiteti
  • Erzincan Binali Yıldırım Universiteti
  • Çankırı Karatekin Universiteti
  • Burdur Mehmet Akif Ersoy Universiteti
  • Bilecik Şeyh Edebali Universiteti
  • Bartın Universiteti
  • Bandırma Onyedi Eylül Universiteti
  • Ağrı İbrahim Çeçen Universiteti
  • Artvin Çoruh Universiteti
  • Ardahan Universiteti
  • Amasya Universiteti
  • Aksaray Universiteti
  • Afyon Kocatepe Universiteti
  • Uşak Universiteti
  • Yüzüncü Yıl Universiteti
  • Hakkari Universiteti
  • Recep Tayyip Erdoğan Universiteti
  • Batman Universiteti
  • Mardin Artuklu Universiteti
  • Şırnak Universiteti
  • Dicle Universiteti
  • Bingöl Universiteti
  • Muş Alparslan Universiteti
  • Adıyaman Universiteti
  • Munzur Universiteti
  • Bitlis Eren Universiteti
  • Osmaniye Korkut Ata Universiteti

Tək attestatla Polşada hansı universitetlərə qəbul olmaq olar?

Avropada tələbələrin ən sevimli ölkəsi olaraq tanınan Polşa nüfuzlu universitetləri ilə bütün dünyanın diqqət mərkəzindədir. Beynəlxalq tələbələr üçün bir çox imkanlar yaradan bu ölkə rəngarəng şəhər həyatı, əyləncəsi, zəngin kitabxanaları, bənzərsiz karyera fürsətləri ilə hər bir gəncin üz tutmalı olduğu yerlərdəndir. Eyni zamanda burada tələbə olaraq təqaüd qazanmaq, müxtəlif şirkətlərdə çalışmaq şansları yüksəkdir. Bəzi Polşa universitetləri ingilis dili bilikləri tələb etsə də bəzilərində bu tələb yoxdur. Eyni zamanda burada təhsil haqqları digər Avropa ölkələriylə müqayisədə münasibdir. İndi isə gəlin Türkiyədə sadəcə attestat sənədiylə qəbul ola biləcəyiniz universitetlərin siyahısı ilə tanış olaq.

  • Yagellon Universiteti
  • AGH Universiteti
  • Kozminski Universiteti
  • Varşava Universiteti
  • Poznan Universiteti

Tək attestatla Rusiyada hansı universitetlərə qəbul olmaq olar?

Dünyanın ən böyük dövlətlərindən olan Rusiya təhsil sisteminin yüksək səviyyədə təşkil olunması ilə seçilir. Uzun illərin statistikasına əsasən bildirilir ki, dünyada fəaliyyət göstərən mütəxəssislərin bir qismi məhz Rusiya universitetlərindən məzun olub. Əksər universitetlər rus və ingilis dilli tədrisə üstünlük versə də, burada digər müxtəlif dillərdə də ali təhsil almaq mümkündür. Azərbaycanlı tələbələr üçün burada pulsuz təhsil almaq imkanları da yaradılır. Rusiyada tələbələrin yaşayış xərcləri onun həyat tərzindən asılı olaraq dəyişir. Lakin aylıq orta məbləğ təqribən 15000 ilə 20000 rubl arasında dəyişir. İndi isə gəlin Rusiyada sadəcə attestat sənədiylə qəbul ola biləcəyiniz universitetlərin siyahısı ilə tanış olaq.

  • Moskva Dövlət Universiteti
  • Birinci Moskva Dövlət Tibb Universiteti
  • Sankt-Peterburq Dövlət Universiteti
  • Ali İqtisadiyyat Universiteti
  • Moskva Dövlət Texniki Universiteti
  • Tomsk Dövlət Universiteti
  • Sankt-Peterburq Politexnik Universiteti
  • Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
  • Rusiya Xalqlar Dostluğu Universiteti
  • Kazan Federal Universiteti
  • Ural Federal Universiteti
  • ITMO Universiteti
  • Cənubi Federal Universiteti
  • Plexanov adına Rusiya İqtisad Universiteti
  • Moskva Enerji Mühəndisliyi İnstitutu
  • Dövlət İdarəetmə Universiteti
  • Novosibirsk Dövlət Texniki Universiteti
  • Rusiya Dövlət Humanitar Universiteti
  • Moskva Dövlət Pedaqoji Universiteti
  • Moskva Fizika və Texnologiya İnstitutu

Tək attestatla universitetlərə qəbul zamanı ixtisas seçimində məhdudiyyət varmı?

Əksər hallarda valideynləri və tələbələri narahat edən məsələlərdən biri də attestatla qəbullar zamanı ixtisas seçimin necə həyata keçirilməsi ilə bağlıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, attestat sənədiylə tələbə arzuladığı bir çox nüfuzlu universitetlərdə arzuladığı ixtisaslarda təhsil ala bilər. Həmin ixtisas seçimlərinin siyahısı ilə universitetlərin öz-özlüyündə müəyyən olunur. Yəni universitetdə bu günə qədər hansı ixtisaslar üzrə qəbullar aparılırsa tək attestat sənədiylə müraciət edən tələbələr üçün də eyni siyahı təqdim edilir. Çalışmaq lazımdır ki, qərar verərkən universitetin nüfuzu, diplomunun tanınıb-tanınmaması, təhsil səviyyəsi, karyera imkanları və digər məqamlar nəzərə alınsın. 

Tək attestatla universitetə qəbul olub məzun olduqdan sonra diplomlar tanınırmı?

Hazırda demək olar ki, beynəlxalq tələbələr üçün öz qapılarını açan universitetlərin əksəriyyəti məzunlarını beynəlxalq diplomla təmin edir. Universitet seçərkən həmin ali təhsil ocağının yerləşdiyi ölkədə dövlət tərəfindən rəsmi tanındığını yoxladıqdan sonra müraciət edə bilərsiniz. Çünkü universitet fəaliyyət göstərdiyi ölkənin höküməti tərəfindən tanınırsa artıq beynəlxalq diplom vermək səlahiyyətinə də sahib olmuş olur. Yenə də universitetin rəsmi saytında qeyd olunan əlaqə vasitələrinə müraciət edərək daha dəqiq məlumat ala bilərsiniz. Eyni zamanda diplomları ölkəmizdə tanınan xarici universitetlərin siyahısına dair məlumatlarla isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında yerləşdirilən siyahıdan tanış ola bilərsiniz.

Son olaraq qeyd edək ki, arzuladığınız ölkədə müxtəlif istiqamətlər üzrə təhsil almağınız üçün hazırda sonsuz imkanlar mövcuddur. Mütləq şəkildə bu fürsətlərdən yararlanaraq xəyal etdiyiniz həyatı gerçəyə çevirməkdən əsla çəkinməyin. Daim güclü addımlar ataraq özünüzü inkişaf etdirin. 

Tək attestatla xarici universitetlərə qəbullar zamanı hansı sənədlər tələb olunur?

– Məktəbdən arayış və ya attestat

– Xarici pasport

– Qiymət ortalaması (9-10-11-ci sinif qiymətləri)

– 3×4 ə şəkil

Xaricdə təhsil haqqları nə qədərdir?

Təhsil haqqları ölkədən, universitetdən və ixtisasdan asılı olaraq dəyişir. Minimum halda 500 manatdan başlayaraq artır.

Tək attestatla qəbul zamanı diplomlar tanınırmı?

Demək olar ki, günümüzdə xarici tələbələri qəbul edən universitetlərin əksəriyyəti məzunlara beynəlxalq diplom təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button