Xarici universitetlərə qəbul qaydaları
Xaricdə təhsil almaq üçün nə etməli?
Xaricde tehsil almaq, demək olar ki, tələbə adını qazanmaq istəyənlər üçün böyük arzulardan biridir. Bəs xaricdə təhsil almaq üçün nə etməli? Bunun üçün ilk müəyyənləşdirilməsi vacib olan məsələ budur – hansı ölkədə təhsil almağı arzulayırsınız? Və həmin ölkədə təhsil almaq istədiyiniz ixtisas üzrə tədris nə qədər inkişaf edib?
İngilis dili biliyiniz hansı səviyyədədir? Qəbul olmaq üçün müraciət etdiyiniz universitetdə arzuladığınız ixtisas üzrə ingiliscə tədris bölməsi varmı? – bu qeyd olunanlar da təbii ki, cavablandırılmalı olan suallardandır. Qəbul üçün hansı imtahanlardan uğurlu nəticə tələb olunursa, bu imtahan siyahısı da müəyyənləşdirilməli, daha sonra təhsil almaq istədiyiniz ölkədə yaşam xərclərindən xəbərdar olmalısınız.
Xaricdə necə təhsil almaq olar? – xarici universitetlere qebul
Əgər şagirdlər tələbə kimi xaricdə təhsil almağı istəyirlərsə, çox yaxşı olardı ki, 11-ci sinifi bitirmədən (ən azından bundan 1-2 il öncə) xarici ölkədə təhsil məsələlərini yaxşı araşdırsınlar. Bu həm də zaman itkisini aradan qaldıracaq. Eyni zamanda bu addım tələb olunan beynəlxalq imtahanlardan uğurla keçmək məsələsini qarantiya altına alacaqdır.
Xarici universitetlərə qəbul qaydaları nədən ibarətdir? İngilis dil seçiminə görə xaricdə təhsilə müraciət edən tələbələrin üstünlük verdiyi ölkələr sırasında Amerika, İngiltərə və Avstraliya birinci sıralarda yer almaqdadır. Həmin ölkələrdə rəsmi dil də ingilis dilidir. Buna baxmayaraq dünyanın hansı universitetinə qəbul olmaq istədiyinizdən asılı olmayaraq, sizdən beynəlxalq səviyyədə qəbul olunmuş ingilis dil biliklərinizi təsdiqləyən İELTS və ya TOEFL imtahan sertifikatı tələb olunacaqdır. ABŞ və Kanada ölkələrinin universitetləri ümumi olaraq TOEFL imtahan nəticəsini tələb edir. Avropa ölkələrinin demək olar ki, bütün universitetləri isə İELTS imtahan nəticəsini qəbul edir.
Xarici universitetlere qebul qaydalari əslində ölkəyə və universitetə görə dəyişir. Yuxarıda da qeyd etdiyim kimi ilk olaraq istədiyiniz ölkəni seçib sonra ölkə üzrə axtarış edib universitet seçimi edə bilərsiniz.
Amma xaricdə təhsil almaq üçün ümumi olaraq sizə aşağıdakı sənədlər lazım ola bilər.
- Universitet akademik göstəriciləri (GPA, ortalama bal)
- Bütün dünyada tanınan qlobal dil bacarığı göstəricisi olan imtahan nəticələri (IELTS/ TOEFL/ DELE/ Test DAF və s)
- Referans məktubu
- CV forması
- Malik olduğunuz xüsusi sertifiatlar, bacarıqlar, proyektlər və s
- Bankda referans məktubu.
Xarici universitetlərə qəbul qaydalarından biri dəuniversitetlərə qəbul imtahanlarıdır. Xaricdə təhsil almaq üçün bəzi imtahanlar verilməlidir. Bu imtahanlara SAT, GMAT, GRE və universitetlərinin özlərinin tələb etdiyi bəzi imtahanlar aiddir.
Dil biliyinin əhəmiyyətini yuxarıda da qeyd etmişdik. Universitetlərin çoxu qəbul üçün İELTS balı tələb edir. Lakin ele universitetlər də var ki, o universitetlrəə qəbul olmaq üçün İELTS balı lazım deyil. Bəs bu hal necə tənzimlənir?
IELTS imtahanı olmadan – IELTS şərti olmadan təhsil almanın yolları hansılardır?
1. Əgər ilk təhsiliniz ingilis dilli olubsa, bu, mümkündür. Yəni məktəb və ya bakalavr təhsilinin ngilis dilində olması. Bunu təsdiq edən arayış və ya sertifikatı təqdim etməklə təhsilinizi davam etdirə bilərsiniz.
2. İngilis dili biliyiniz B2 səviyyəsində olmalıdır. Universitetin onlayn müsahibəsindən uğurla keçdikdən sonra ixtisasın qəbul sənədini əldə edə bilərsiniz.
3. Universitet sizə şərti qəbul verməlidir. Bu halda, müraciətçi universitetə şərti qəbul alır və viza aldıqdan sonra həmin universitetin “yerləşdirmə imtahanı”-da (ing.cə: placement test) iştirak edir. Uğurlu nəticə əldə olunacaqsa, tələbə dərsə başlayır.
4. Siz onlayn müsahibə və ya universitetin özünün imtahanından uğurla keçə bilərsiniz – bu ehtimalda 1 semester və ya 1 illik hazırlıq kursuna yazılmalısınız. Hazırlıq kursu bitdikdən sonra imtahan verib öz dərəcənizə uyğun ( bakalavr və ya magistratura) dil biliyini göstərə bilirsinizsə, bu zaman dərslərə başlaya bilərsiniz.