Xaricdə yay məktəbləri
Hansı yaşda yaxud hansı regionda yaşamağımızdan asılı olmayaraq necə bir şəxsiyyətə çevriləcəyimiz, hansı həyatı yaşamağımız öz əlimizdədir desək yanılmarıq. Təbii ki, ətraf təsirlərin də öz rolu var. Ancaq istənilən halda daim araşdırmaq, aşılması mümkünsüz görünüən bütün sərhədlərin öhdəsindən gəlmək mümkündür. Çünkü irəlilədiyimiz yollar hər zaman düz xətdən ibarət deyil. Həyatın bizim üçün hazırladığı bir çox fürsətlər fərqli döngələrdə gizlidir. Onları axtarıb tapmaq yararlanmaq vacibdir. Bu dəfəki məqaləmizdə yay tətilini faydalı və əyləncəli keçirməkdən danışacağıq. Dünyanın əksər ölkələrində yay tətilində azyaşlıların və gənclərin tətil günlərinin faydalı keçməsi üçün müxtəlif yay məktəbləri təşkil olunur. Fərqli mövzuları, istiqmaətləri əhatələyən bu məktəblər adətən 17 yaşına qədər şəxslər üçün nəzərdə tutulur. Gəlin, yay məktəbləri haqqında daha ətraflı tanış olaq.
Xaricdə yay məktəblərinin müddəti nə qədərdir?
Yay məktəblərinin müddəti adətən 2-7 həftəni əhatə etməklə adətən proqramlara görə dəyişir. Müxtəlif mövzulara həsr olunan yay məktəblərində namizədlər ilkin mərhələdə səviyyə testində iştirak edir. Siniflərdə 10-15 nəfərlik qruplar olur.
Qəbul şərtləri necədir? Tələbələr hansı fəaliyyətlərdə iştirak edir?
Xaricdə yay məktəblərinə qoşulmaq üçün heç bir ilkin şərt tələb olunmur. Vacib nüans isə iştirakçının minimum yaş limitinin 10, maksimum yaş limitinin isə 17 olmasıdır. Yay məktəblərində tələbələrin şəhəri və ətraf əraziləri gəzərək müxtəliflikləri, mədəniyyətləri kəşf etmələri təmin edilir. Bu ekskursiyalar yarım günlük və tam gün şəklində təşkil olunur. Dərslər və ekskursiyalarla yanaşı, tələbələr basketbol, voleybol, futbol kimi idman növləri ilə maraqlana və ya akademik dərslərə (rəqs, dram kimi) qatıla bilərlər. Qeydiyyatdan keçmık üçün müvafiq proqramın rəsmi saytına daxil olmağınız və lazımi məlumatları əlavə etməyiniz kifayətdir.
Yay məktəblərinə qoşulan tələbələr harada qalır?
Proqramın növündən asılı olaraq tələbələr yataqxanada və ya ailə yanında qalır. Tələbələr əsasən ictimai nəqliyyatla təmin edilir, lakin xüsusi avtobuslar təklif edən məktəblər də var. İştirakçılar gün ərzində 3 dəfə qidalanma ilə təmin olunur.
Xaricdə yay məktəblərinə qeydiyyatlar nə zaman başlayır?
Əsasən hər ilin sentyabr ayından başlayan qeydiyyat mərhələsi aprel ayında tamamlanmağa doğru gedir.
Dəyərləndirə biləcəyiniz hansı yay məktəbləri var?
“Kembric Universiteti beynəlxalq yay proqramı”
Kembric Universiteti tələbələr üçün zəngin akademik təcrübə qazanacaqları və hərtərəfli inkişafa qərq ola biləcəkləri bənzərsiz yay proqramı təklif edir. Proqram incəsənət, elm sahələri, humanitar elmlər və biznes də daxil olmaqla geniş mövzuları əhatə edir. İştirakçılar müxtəlif mühazirələrdə və seminarlarda iştirak edə, bir çox sosial fəaliyyətlərdən yararlana bilər. Müraciət üçün linkə keçid edə bilərsiniz.
IED Barselona yay məktəbi (İspaniya)
Barselonada yerləşən Istituto Europeo di Design (IED) əsl yaradıcı mühitdən zövq ala biləcəyiniz yay məktəbinə ev sahibliyi edir. Tələbələrə moda dizaynı, məhsul dizaynı, qrafik dizayn və vizual sənət kimi sahələrdə kurslar təklif olunur. Məktəb iştirakçılar üçün praktiki təcrübə, dizayn layihələri, Barselonadakı dizayn studiyalarına və sərgilərə səfərlər təqdim edir. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Sorbonna Universitetinin yay proqramı (Fransa)
Parisdəki Sorbonna Universiteti fransız dili və mədəniyyətini, tarix, ədəbiyyat və incəsənət kimi fənləri əhatə edən müxtəlif yay proqramı təklif edir. İştirakçılar Fransanın ən prestijli universitetlərindən birində təhsil alaraq əsrarəngiz Parisi kəşf etmək imkanı qazanır. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Yapon araşdırmaları üzrə Kyoto Konsorsiumu (Yaponiya)
Yapon tədqiqatları üzrə Kyoto Konsorsiumu yapon dili, mədəniyyəti, tarixi və cəmiyyəti ilə maraqlanan tələbələr üçün intensiv yay proqramı təklif edir. Proqrama dil dərsləri, mədəni seminarlar, Kyoto və Yaponiyanın digər bölgələrindəki tarixi yerlərə ekskursiyalar daxildir. Müraciət üçün linkə keçid edə bilərsiniz.
ETH Sürix beynəlxalq yay məktəbi (İsveçrə)
Universitet iştirakçılara mühəndislik, kompüter elmləri, memarlıq və təbiət elmləri proqramları əsasında beynəlxalq yay məktəbindən yararlanmaq imkanı təqdim edir. Tələbələr ən yaxşı akademiklərin biliklərindən yararlanmaq, qabaqcıl tədqiqatlarla məşğul olmaq və Sürix şəhərinin füsunkar mənzərəsindən zövq almaq şansı əldə edirlər. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Kaliforniya Universiteti, Los Anceles (UCLA) yay sessiyaları (ABŞ)
Bu proqram müxtəlif fənlər üzrə geniş kurs proqramları təklif edir. Biznes və mühəndislikdən tutmuş kino və musiqi sənətinə qədər tələbələr həyatın qaynadığı Los Anceles şəhərində öz həyati təcrübələrini artıra bilərlər. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Seul Dövlət Universiteti beynəlxalq yay institutu (Cənubi Koreya)
Seul Dövlət Universiteti həm yerli, həm də beynəlxalq tələbələr üçün geniş əhatəli yay proqramı təqdim edir. Proqrama Koreya dili, mədəniyyəti, iqtisadiyyatı, siyasəti və s. kursları daxildir. Buraya Seulda və ətraf ərazilərdə mədəni ekskursiyalar və fəaliyyətlərdə iştirak da daxildir. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Avstraliya Milli Universiteti Asiya-Sakit Okean həftəsi (Avstraliya)
Proqram Asiya-Sakit Okean regionu ilə bağlı məsələləri müzakirə etmək və onlarla məşğul olmaq üçün dünyanın bütün nöqtələrindən olan tələbələri bir araya gətirir. Proqram beynəlxalq əlaqələr, diplomatiya, iqtisadiyyat və mədəniyyət kimi mövzuları əhatə edir. Tələbələr füsunkar Kanberra şəhərində keşən günlərdən zövq alaraq ekspertlər və alimlərlə birgə müzakirələr aparmaq şansı əldə edir. Müraciət üçün linkə keçid edə bilərsiniz.
Yuxarıda adları qeyd olunanlarla yanaşı bir çox ölkələrin fərqli yay məktəbi proqramları mövcuddur. Ölkəyə uyğun, yaxud maraqlarınız, büdcənizə uyğun axtarışlar edərək digər proqramlarla da tanış ola bilərsiniz. Sizin üçün günümüzdə ən məşhur olan proqramlarda bəzilərini araşdırıb təqdim etdik. Ümid edirik ki, karyera planlarınızda yeni hədəflər və uğurlu inkişaf üçün faydalı olacaqdır. Daim ən yaxşı bacarıqları qazanmaq, özünüzü inkişaf etdirmək üçün müxtəlif fürsətləri axtarıb tapın və dəyərləndirin. Bu zaman xəyal etdiyiniz həyatloarı yaşayacaqsınız. peşəkar inkişafınız üçün fərqli ölkələrə yola düşəcəyiniz günlərin daha tez gəlməsi diləyi ilə!
Xaricdə yay məktəbi proqramlarının müddəti nə qədərdir?
Proqramların növünə görə müddət 2 ilə 7 həftəlik dövrü əhatə edir.
Xaricdə yay məktəbində iştirak etmək üçün dil tələbi varmı?
Dil tələbləri proqramlara görə fərqlidir. Bəzi yay məktəbləri ingilis dilində kurslar təklif etdiyi halda, digərləri isə yerli dil biliyini tələb edə bilər.
Xaricdə yay məktəbi seçərkən nələrə diqqət etmək lazımdır?
Xaricdə yay məktəbi seçərkən, proqramın kurikulumu, fakültənin təcrübəsi, nüfuzu, yeri, dəyəri, mövcud məktəbdənkənar fəaliyyətlər və təklif etdiyi ümumi təcrübə kimi amillər nəzərə alınmalıdır.