Yay məktəbləri

Xaricdə ingilis dili kursları

Müasir dövrdə sürətlə dəyişən sosial cəmiyyət anlayışı həmçinin əmək bazarı insanlar arasında rəqabəti getdikcə artırır. Günümüzdə artıq fərqli dillərdə danışmaq bacarığı ön plana çıxıb. Gələcək hədəflərinə yaxud maraq dairənə uyğun istənilən dili həm ölkə daxilində həm də ölkə xaricində öyrənmək mümkündür. Üstəlik bəzi hallarda xarici dil kurslarının xərcləri müxtəlif universitetlər, təşkilatlar tərəfindən maliyyləşdirilir. Bu isə namizədlərin inkişaf etmək hədəflərinə çatmaq planlarını daha da stimullaşdırır. Bu dəfəki məqaləmizdə xaricdə ingilis dili kurslarına qoşulmaq formalarından danışacağıq. 

İngilis dili öyrənməyin hansı üstünlükləri var?

İlk olaraq qeyd edək ki, cari ilin son statistikasına əsasən bütün dünyada ən çox danışılan dillərin siyahısında ingilis dili liderlik edir. Bu isə istər karyera istərsə də şəxsi həyatda əldə edə biləcəyiniz dəyərlər, uğurlar baxımından ingilis dilinin nə qədər önəm daşıyacağından xəbər verir. İngilis dilini öyrənməklə bir çox üstünlüklərə sahib olacaqsınız.

  • Bütün dünyada danışılan dillərdəndir
  • Qarşınızda bir çox karyera qapılarını açır
  • İstənilən mövzuda geniş mənbələrə çıxışınızı təmin edir
  • Müxtəlif proqramlardan yararlanmağınızı təmin edir
  • Xaricdə olan onlayn dərslərə, proqramlara qoşulmağınız üçün vacibdir
  • Eyni zamanda xaricdə təhsil almaq şansınızı artırır və s.

Hansı ölkələrdə xarici dil kurslarına qoşulmaq olar?

Dünyanın əksər ölkələri təhsil istiqamətində müxtəlif proqramlar, təqaüd imkanları ilə gənclərin diqqətini çəkməyə çalışır. Eyni zamanda həmin ölkələrdə təhsil sisteminin sürətli inkişafı buraya tələbə axınını da gücləndirir. Gəlin görək, hansı ölkələrdə ingilis dili kurslarına və ya məktəblərinə qoşulmaq daha faydalıdır.

ABŞ-da hansı ingilis dili dərsləri təklif edən məktəblər var?

Maraqlıdır

Dünyanın nəhəng dövlətləri sırasında yer alan Amerika mədəniyyəti, təhsil keyfiyyəti, multikultural demoqrafik strukturu, prestiji, azad həyat tərzi, perspektivli imkanları, çoxtərəfli sosial həyatı, səlis ingilis dili və bir çox imkanları ilə əksər insanların uğur xəyallarının mərkəzidir. Amerikada dil məktəbi bazarı kifayət qədər genişdir. Buna paralel olaraq, məktəblərə tələbatın çox yüksək olması, həmçinin bir-birindən fərqli üslublarda dil təhsili təklif edən çoxsaylı məktəblər seçim etməyi çətinləşdirir. Buna baxmayaraq, büdcənizə uyğun ingilis dili kursu tapmağınız da mümkündür. Nyu York, Boston, Çikaqo, San Fransisko, Los Anceles, San Dieqoda münasib dil məktəbləri mövcuddur. Qiymətlər şəhərə görə, proqramın əhatəliliyinə (yəni həftədə neçə dəfə olması və s.) görə dəyişir. İlkin olaraq 4 həftəlik General English dərsləri 1.022 ABŞ dollarından, 12 həftəlik General English dərsləri isə 2.856 ABŞ dollarından başlayaraq dəyişir. 

Amerikada

  • Kaplan International Languages
  • EC English 
  • Kings College 
  • LSI 
  • OHC

İngiltərədə ingilis dili dərsləri təklif edən hansı məktəblər var?

İngiltərədə təhsil almaq ingilis dilini səlis öyrənmək istəyən hərkəsin xəyalıdır. Özünəməxsus tələffüz tərzinə sahib olmaq üçün bu ölkənin hər hansısa dil kursundan yararlanmaq olduqca faydalıdır. Odur ki, gəlin görək, İngiltərədə hansı dil məktəbləri var və onların qiymətləri nə qədərdir? 

Paytaxt Londonda məlum olduğu kimi qiymətlər bir qədər yüksək olsa da, ətraf şəhərlərdə nisbətən münasib kurslar tapmaq mümkündür. İlkin olaraq 4 həftəlik General English dərsləri 688 Britaniya funt sterlinqindən, 12 həftəlik General English dərsləri isə 1968 Britaniya funt sterlinqindən başlayaraq dəyişir. Aşağıdakı siyahıdan İngiltərə şəhərlərində yerləşən müxtəlif dil məktəbləriylə tanış ola bilərsiniz.

  • Kaplan International 
  • EC English 
  • Kings College 
  • Bayswater College 
  • LSI London Central 
  • Centre of English Studies 
  • St. Giles Highgate 
  • OHC Oxford St.

Kanadada ingilis dili dərsləri təklif edən hansı məktəblər var?

İngilis mədəniyyətinin hakim olduğu bu Şimali Amerika ölkəsi dil təhsili almaq üçün ən ideal seçimlərdəndir. Xüsusi ilə vurğulamaq lazımdır ki, ölkənin ən böyük şəhəri olan Toronto dəfələrlə dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərindən biri seçilib. Bununla yanaşı, Monreal, Vankuver, Kalqari və Ottava kimi digər şəhərlərə də üz tutmaq olar.  İlkin olaraq 4 həftəlik General English dərsləri 960 Kanada dollarından, 12 həftəlik General English dərsləri isə 2.700 Kanada dollarından başlayaraq dəyişir. Aşağıdakı siyahıdan Kanada şəhərlərində yerləşən müxtəlif dil məktəbləriylə tanış ola bilərsiniz.

Torontoda, Vankuverdə, Monrealda

  • Kaplan International 
  • EC English 
  • Bayswater College 
  • LSI 
  • ILAC 
  • OHC 
  • St. Giles 
  • SSLC və s

Avstraliyada ingilis dili dərsləri təklif edən hansı məktəblər var?

Canlı həyat tərzi, müasirliyi ilə hər kəsi valeh edən Avstraliyada dil təhsili almaq verilə biləcək ən doğru qərarlardandır. Dil təhsilinə ciddi yanaşan bu ölkədə fərqli xüsusiyyətlərə malik dil məktəbləri var. İstədiyiniz kurs intensivliyinə, sosial fəaliyyətlərə, tədris tərzinə, büdcənizə uyğun dil məktəbləri tapmaq mümkündür. İlkin olaraq 4 həftəlik General English dərsləri 2.580 Avstraliya dollarından, 12 həftəlik General English dərsləri isə 5.160 Avstraliya dollarından başlayaraq dəyişir. Aşağıdakı siyahıdan Avstraliya şəhərlərində yerləşən müxtəlif dil məktəbləriylə tanış ola bilərsiniz.

İngilis dilini öyrənmək üçün hansı proqramlardan istifadə etmək olar?

“Duolingo”

Xarici dil öyrənmək üçün nə edəcəyinizi düşünürsünüzsə, “Duolingo” proqramını dərhal telefonunuza yükləməyinizi faydalıdır. Əyləncəli və asılılıq yaradan proqram düzgün cavablarla xal qazanaraq növbəti səviyyəyə sürətlə yüksəlməyə imkan verən dərslər təklif edir. Danışıq, dinləmə və oxuyub anlama bacarıqlarınızı təkmilləşdirməyə imkan verən oyunlarla bütün dərslər daha əyləncəli olur. Hətta “Duolingo English Testi” bəzi xarici universitetlər tərəfindən TOEFL və IELTS-ə alternativ olaraq istifadə olunmağa başlayıb.

“Memrise”

“Memrise” xarici dil lüğətinizi genişləndirmək və təcrübə qazanmaq üçün ideal proqramdır. Tətbiqin 35 milyondan çox istifadəçisi var. İngilis dili ilə yanaşı, yapon, fransız, portuqal, çin, rus, italyan kimi bir çox dilləri öyrənə bilərsiniz.

“HelloTalk”

“HelloTalk” dünyanın hər yerindən insanlarla söhbət edərək müxtəlif dilləri öyrənməyə kömək edən pulsuz proqramdır. 150-dən çox dili dəstəkləyən proqram həm İOS, həm də Android əməliyyat sistemlərindən yükləmək mümkündür.

“Busuu”

Dünyanın əksər bölgələri üçün əlçatan olan “Busuu” proqramı ingilis, yapon, polyak, türk, rus, ispan və ərəb daxil olmaqla 12 dil üzrə öyrənmək imkanları təqdim edir. Proqramda bütün dərsləri almaq üçün 6 və 10 dollar arasında abunə haqqı tələb olunur.

“Babbel”

İngilis dilini təkmilləşdirmək üçün istifadə edə biləcəyiniz digər proqram “Babbel”dir. Proqramda peşəkar mütəxəssislər tərəfindən hazırlanan audio dərslər və interaktiv dialoqlar mövcuddur. Ümumilikdə 10-15 dəqiqə davam edən dərslərdə maraqlarınıza və mövzulara uyğun yeni sözlər kəşf edə, iş və ya səyahət kimi məqsədlər üçün kurslara qatıla bilərsiniz.

İngilis dili üzrə hansı beynəlxalq imtahanlar var?

Beynəlxalq ingilis dili imtahanları namizədlərin oxumaq, yazmaq, danışmaq və anlamaq bacarıqlarını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş standartlaşdırılmış testlərdir. Bu imtahan nəticələri təhsil müəssisələri, işəgötürənlər və hökumətlər tərəfindən rəsmi formada tanınır. Hədəflərinizdən asılı olaraq imtahan növünü seçərək ona uyğun hazırlaşıb müvafiq beynəlxalq sertifikatları əldə edə bilərsiniz. 

IELTS (International English Language Testing System): Bu imtahan təhsil, iş və miqrasiya məqsədləri üçün geniş istifadə olunur. IELTS imtahanında dörd dil bacarığı qiymətləndirilir: Oxumaq, dinləmək, danışmaq və yazmaq. Nəticələr 0-dan 9-a qədər olan şkala üzrə elan olunur.

TOEFL (Test of English as a Foreign Language): Bu imtahan adətən akademik məqsədlər üçün, xüsusən də ingilis dilli ölkələrin universitetləri tərəfindən tələb olunur. İmtahan zamanı namizədlərin oxumaq, dinləmək, danışmaq və yazmaq bacarıqları sınaqdan keçirilir. Ümumi bal 120 baldır. 

PTE Academic (Pearson Test of English Academic): Kompüter əsaslı bu imtahanda namizədlərin oxumaq, dinləmək, danışmaq və yazmaq bacarıqları qiymətləndirilir. Ballar 10-dan 90-a qədər olan ölçüdə dəyişir.

TOEIC (Beynəlxalq ünsiyyət üçün ingilis dili testi): Əsasən iş və iş mühitində ünsiyyət üçün tələb olunan TOEIC imtahan nəticəsi namizədlərin dinləmək və oxumaq bacarıqlarını qiymətləndirir. 

BULATS (Business Language Testing Service): BULATS imtahanında işgüzar və peşəkar məqsədlər üçün namizədlərin oxumaq, dinləmək, danışmaq və yazmaq bacarıqları qiymətləndirir. Tələbələr məqsədlərindən asılı olaraq, öz bacarıqlarını nümayiş etdirmək üçün ən uyğun imtahanı seçə bilərlər.

Son olaraq qeyd edək ki, hədəflərinizə, xəyallarınıza və mövcud tələblərə uyğun olaraq qərar verib müxtəlif xarici dilləri öyrənə bilərsiniz. Ancaq ingilis dilinin dünya üzrə aktuallığını nəzərə alaraq ilkin mərhələdə bu dilə dərindən yiyələnməyə çalışın.

Xaricdə ingilis dili kursundan kimlər yararlana bilər?

Xaricdə bütün yaş qrupları üçün ingilis dili kursları mövcuddur. İstəyinizdən və hədəflərinizdən asılı olaraq fərqli proqramlara müraciət edə bilərsiniz. Azyaşlılar üçün proqramlar fərqlidir.

Xaricdə ingilis dili kurslarının minimum müddəti nə qədərdir? 

Kursun müddəti kursun növünə və şəxsi seçimlərinizə görə dəyişir. Kurslar bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. 

Xaricdə ingilis dili kursuna yazılmaq üçün minimum yaş tələbi varmı?

Dil məktəblərinə görə yaş tələbləri dəyişir. Əksər məktəblər 16 yaşda olan və ya yuxarı yaşda olan tələbələri qəbul edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button