Xaricde tehsil məlumatları

Xaricdə tibb təhsili

Xarici olkede tibb tehsili

Tibb elə bir sahədir ki, bu sahədə çalışmaq istəyənlər, ümumiyyətlə, həkim olmağı arzulayanlar çox yaxşı mütəxəssis olmaq üçün əllərindən gələn hər şeyi etməyə hazır olur. Hətta diqqət etsəniz, həkimlərin bir çoxunun uşaqlıqdan bəri bunu arzuladığını və illərlə özünü həkim olmağa hazırladığını sezmiş olarsınız. Məhz bu çətin peşənin tələblərinə tam cavab vermək üçün də tibb  təhsili almağın ən prestijli, faydalı yolunu tapmalı – müasir tədris metodlarının tətbiq olunduğu şəraitdəki təhsil mərkəzinə üz tutmalısınız.

Bunun üçün ən uğurlu addımlardan biri xaricdə tibb təhsili almaq seçimidir. Xarici ölkədə tibb təhsili almaq həm orada təcrübə keçmək və işləmək imkanını sizə qazandıracaq. Bundan əlavə həddindən artıq bacarıqlı, kifayət qədər təcrübəli müəllimlərdən daha çox şey öyrənmək və ustalaşmaq şansını əldə edirsiniz.

Xaricde nece tibb tehsili almaq olar?

xaricde tibb tehsili almagin yollari haqqinda -turkiyede tibb tehsili attestatla
xaricde tibb tehsili almaq

Təbii ki, tibb təhsili – tibb  üzrə ali təhsil digər bakalavr ixtisaslarına nisbətən daha uzun illəri (4-6 il, bəzən daha çox) əhatə edir. Daim öyrənməli və təkmilləşməlisiniz.
(Türkiyədə attestatla tibb təhsili: bax https://xaricdetehsil.az/turkiy%c9%99d%c9%99-tibb-t%c9%99hsili/)

Maraqlıdır

Xaricdə tibb təhsili almaq üçün nələrə diqqət etmək lazımdır?

Dil biliyi. Əvvəlcə, təhsil almaq istədiyiniz ölkənin dilini bildiyinizdən əmin olmalısınız, ya da qəbuldan öncəki bir-iki il ərzində dil bacarıqlarınızı inkişaf etdirmək üçün hazırlaşmağa başlasanız, daha məqsədəuyğun olar. Əksər universitetlərdə ingilis dilində tədris həyata keçirən bölmələr də olduğundan ilk növbədə, ingilis dili biliyi arzuolunandır. Tibb təhsili üçün müraciət edəcək tələbələrin seçəcəkləri ölkəyə görə dəyişən dil biliklərini sertifikat və s. sənədlərlə təsdiqləmələri tələb olunur.  IELTS/TOEFL test balları etibarlı sayılır, çünki bir çox beynəlxalq universitet ingilis dilində lisenziya proqramlarına malikdir.

Ölkələr. Tibb təhsili üçün ən əlverişli hesab olunan ölkələr: Çexiya, Almaniya, Macarıstan, Avstriya və s. Əgər Amerika, İngiltərə və bu kimi digər yerlərdə tibb təhsili almaq istəsəniz, şərtlər daha çoxdur. (Məsələn, MCAT (Medical College Admission Test), BMAT (The BioMedical Admissions Test) və s.)

Macarıstanda tibb təhsili – Macarıstan yüksək təhsil səviyyəsinə görə seçilir, məhz buna görə də bu ölkəyə hər il kifayət qədər çox sayda tələbə axın edir. Macarıstan çoxlu sayda alim, yazıçı və sənət adamı ilə Nobel mükafatı almışdır. Bu ölkədə maddi imkanlar baxımından da şərait əlverişli hesab olunur. Macarıstan tibb üzrə təhsil almaq istəyən tələbələrə Tibbi Hazırlıq Kursları təklif edir, bu da stomatologiya, əczaçılıq, həm də tibbin digər peşəkar sahələri üzrə təhsil almaq yolunu seçən əcnəbi tələbələr üçün xüsusi üstünlüyə malikdir.

Polşada tibb təhsili – Polşa da həm tibb, həm də digər sahələr üzrə təhsil almağı seçən azərbaycanlı tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biridir. Varşava, Krakov, Poznan şəhərləri Polşanın ən mühüm təhsil şəhərləri hesab olunur. Bu ölkədə tibb təhsili almaq üçün orta hesabla 10000+ avro dəyərində maddiyyata sahib olmalısınız. Təbii ki, təqaüd proqramları nəzərdə tutulubsa onlardan da yararlanmaq olar.

Çexiyada tibb tehsili – Çexiyanın ən böyük və ən yüksək reytinqli universiteti olan Çarlz Universiteti Tibb fakültəsinə daxil olan Tibb, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, Bədən tərbiyəsi və İdman ixtisaslarında təhsil verir. Qeyd edək ki, bu universitet Avropanın ən yaxşı 100 universiteti siyahısına daxildir.

Motivasiya məktubu. Bu amilin universitetlərə müraciət prosesində mühüm yeri var. Çünki tibb təhsili alacaq tələbələr təkcə elmi-akademik bacarıqlarına görə deyil, həm də yüksək məsuliyyət hissi, araşdırmaya, tədqiqata meyillilik, fövqəladə vəziyyətlərdə soyuqqanlılıq və s. xüsusiyyətləri də özündə inkişaf etdirməlidir.

Dünyanın ən yaxşı tibb  universitetləri:

Reytinq siyahısında öz liderliyi ilə fərqlənən tibb universitetlərindən bir neçəsi:

Harvard Universiteti – ABŞ (https://www.harvard.edu/)

Oksford Universiteti – Böyük Britaniya (https://www.ox.ac.uk/)

Con Hopkins – ABŞ (https://www.jhu.edu/)

Tokio Universiteti – Yaponiya (https://www.u-tokyo.ac.jp/en/

Toronto Universiteti – Kanada (https://www.utoronto.ca/

Hacettepe Universiteti – Türkiyə (https://www.hacettepe.edu.tr/)

Karolinska İnstitutu – İsveç (https://ki.se/en)


Xaricdə tibb təhsili almaq üçün:

Avropada tibb təhsili almaq istəyən vətəndaşlarımız istənilən halda kimya, biologiya, fizika və riyaziyyat fənlərini çox yaxşı mənimsəməli və ingilis dilində yaxşı bilməlidirlər. Xaricde tehsil ucun ingilis dili biliyinə çox yaxşı yiyələnmək lazımdır. Ən əsası, siz tibb təhsili almaq və bu sahədə ən yaxşı həkim-mütəxəssislərdən biri kimi tanınmaq istəyirsinizsə, mümkün qədər daha tez, yəni 8-9-cu siniflərdən Avropada tehsili araşdırmalı və buna uyğun hazırlaşmalısınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button