Türkiyədə bakalavr təhsili
Türkiyədə ali təhsil – Türkiyədə bakalavr təhsili
Bundan öncəki bloqlarda Türkiyədə təhsillə bağlı (turkiyede attestatla imtahansiz tehsil, attestatla xaricde tehsil, turkiye universitetleri ve s.) kifayət qədər faydalı məlumatlar paylaşmışıq. İndi isə Türkiyədə bakalavr təhsili haqqında daha ətraflı danışaq.
Türkiyədə bakalavr təhsili almağın ən rahat yolu sadəcə attestat ilə (attestat qiymətləri nəticəsi ilə) Türkiyədəki universitetlərə qəbul almaqdır. Türkiyədə attestatla təhsil almaq üçün bax: https://xaricdetehsil.az/attestatla-turkiy%c9%99d%c9%99-t%c9%99hsil/
Türkiyə universitetlərində təhsil
Türkiyədə bakalavr təhsilinə müraciət etsəniz, hansı ixtisaslarda təhsil ala bilərsiniz?
Türkiyənin reytinqli universitetlərinə daxil olmaq üçün YÖS (Yabancı Öğrenci Sınavı) imtahanından keçmək tələbi mövcuddur. Bir sıra kurslarda YÖS (Yabancı Oğrenci Sınavı) hazırlığı həyata keçirilir ki, Türkiyədə bakalavr təhsili almaq istəyən şagirdlərin keçməli olduqları imtahandır. YÖS imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün nəzərdə tutulan qəbul imtahanıdır. Qeyd edək ki, YÖS imtahanı yalnız bakalavr təhsili üçündür.YÖS imtahanı iki hissədən ibarətdir: Riyaziyyat-Məntiq və Türk dili. YÖS imtahanından 60+ nəticə toplamağınız arzuolunandır. Daha dəqiq məlumat öyrənmək üçün təhsil almaq istədiyiniz universitetin rəsmi veb saytını ziyarət edək və s. həmin universitetin YÖS imtahanına yanaşması ilə bağlı məlumat əldə edə bilərsiniz.
Türkiyədə bakalavr proqramı üzrə təhsil ala biləcəyiniz ixtisaslar:
- İktisadi ve İdari Bilimler Fakültesi:
– iktisat, işletme, kamu yönetimi, uluslararası ilişkiler, bankacılık və s. ixtisaslar (imtahansız qəbul şansı) - İletişim:
- Gazetecilik, radyo, televizyon ve sinema (imtahansız qəbul)
- Mühendislik fakültesi:
- İnşaat mühendisliyi, bilgisayar mühendisliği, makine mühendisliği, gıda mühendisliği və s.
Bundan başqa, Turizm, Fen-Edebiyat, Tıp (bu zaman YÖS nəticəniz çox yüksək olmalıdır – bəzi universitetlərə qəbul üçün) fakültələri və bu fakültələrə daxil olan onlarla ixtisası yeni təhsil yolunuz kimi rahatlıqla seçə bilərsiniz. Əksəriyyətinə qəbul imtahansızdır və ya bəzi ixtisaslar üçün imtahansız qəbul şansından da (nadir də olsa) yararlanmaq mümkündür.
Turkiyede bakalavr tehsili ucun lazim olanlar
YÖS imtahanından əlavə SAT imtahan nəticəsi ilə qəbul tələb edən universitet siyahıları ilə də rastlaşa bilirik. (SAT imtahanına müraciət üçün lazım olanlar – şərtlərdən biri Upper-intermediate (B2 səviyyədə) səviyyədə ingilis dili biliyinə sahib olmaqdır.)
Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, Türkiyədə prestijli universitetlərdə ən yaxşı ixtisaslarda sadəcə ATTESTATla təhsil almaq imkanınız var. Ancaq daha çox prestij, daha yaxşı nailiyyətlər üçün həm universitet həyatında, həm də sonralar – karyera həyatınızda və s. beynəlxalq imtahan dərəcələri də sizin addımlarınızı asanlaşdıracaq. Həm bu baxımdan, həm də ən yaxşı yerlərdə təhsil almaq üçün SAT imtahanı haqqında da ətraflı öyrənməyə və araşdırmağa maraqlı olun. Türkiyədə adları çox tanınmış, prestijli üniversitetlərdə oxumaq üçün SAT və YÖS imtahanlarına hazırlaşaraq yüksək nəticə ilə bu imtahanlardan keçid əldə etmək daha məqsədəuyğun hesab olunur.
DİM (Dövlət İmtahan Mərkəzi) nəticəsi ilə Türkiyəyə qəbul – TQDK imtahanında əldə etdiyiniz nəticə ilə Türkiyənin ən nüfuzlu universitetlərinə qəbul ola bilərsiniz.
Türkiyədə tibb təhsili ilə bağlı ətraflı məlumat əldə edin: https://xaricdetehsil.az/turkiy%c9%99d%c9%99-tibb-t%c9%99hsili/
Türkiyədə tibb üzrə təhsil almağı seçmək istəyirsinizsə, əsas peşəkar tibb təhsilindən əlavə bu ölkədə stomatologiya, əczaçılıq, baytarlıq, fizioterapiya və reabilitasiya kimi istiqamətlərdən birini seçib bu yöndə mütəxəssis kimi formalaşa bilərsiniz.
Ən prestijli Türkiyə universitetləri – en yaxsi universitetler
Türkiyədəki ən yaxşı universitetlər ilə tanış ol: https://xaricdetehsil.az/turkiye-universitetleri/
Türkiyədə təhsil almağın çox üstünlükləri var, çünki bu ölkədə də Avropa və Amerikadakı təhsil sisteminə bənzər şəkildə ən effektiv təhsil üsullarından yararlanmaq imkanı var. Milli-mənəvi dəyərlərimizdəki bənzərlik, digər dünya ölkələrinə nəzərən illik təhsil haqqının tələbələr üçün münasib olması, praktiki tədris üsullarının mövcudluğu və təhsil həyatından sonrakı iş imkanları Türkiyədə təhsil məsələsində bizim abituriyentlərimizi cəlb edir.