Ümumi

Türkiyə universitetlərinə qəbul

Turkiye universitetlerinde tehsil almaq ucun ne etmeli?

Türkiyədə təhsil almaq həm təhsil haqqının sərfəli şərtləri, həm mədəniyyət uyğunluğu, həm tədris keyfiyyətinin Avropa standartlarından heç də geri qalmaması və s. – bir çox üstünlük səbəbindən ölkəmizdə tələbə olmaq istəyənlərin xaricde tehsille bagli arzularından biridir.

Turkiyede universitetlere qebul

Türkiyədə ali təhsil almaq istəyənlər, təbii ki, orta məktəbi uğurlu qiymətlərlə bitirməyi qarşısına məqsəd qoymalıdır ki, attestat nəticələri yüksək olduqda daha nüfuzlu universitetlərə qəbul olmaq üçün şans yaranır.

Türkiyədə təhsil almaq üçün lazım olanlar:

  • İlk növbədə, məktəbi bitirdiyinizi sübut edən sənəd – attestat;

Bu, qayda (attestatla qebul), əsasən, imtahansız Türkiyə universitetlərinə qəbul olmaq istəyən şagirdlər üçün nəzərdə tutulur.

  • DİM ilə qəbul

TQDK imtahanında əldə etdiyiniz nəticə ilə (imtahan balı) ilə Türkiyənin ən nüfuzlu universitetlərinə qəbul olmaq mümkündür.

  • YÖS və SAT imtahanları ilə qəbul

YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) Turkiye universitetlerinde oxumaq istəyən insanların keçməli olduğu imtahanlardandır. YÖS imtahanı riyaziyyat, həndəsə və məntiqə aid suallardan ibarət olan bir imtahandır.

SAT imtahanı isə oxuma, yazma, dil və məntiq bacarıqlarını yoxlayan beynəlxalq imtahanlardan biridir. Bu imtahana xaricdə təhsil almaq istəyən hər kəs müraciət edə bilər. SAT imtahanına müraciət etmək üçün lazım olan şərtlərdən biri də Upper-intermediate (B2 səviyyədə) səviyyədə ingilis dili biliyinə sahib olmaqdır.

Türkiyədə adları çox tanınmış, prestijli üniversitetlərdə oxumaq üçün SAT və YÖS imtahanlarına hazırlaşaraq yüksək nəticə ilə bu imtahanlardan keçid əldə etmək daha məqsədəuyğun hesab olunur.

(Bax: https://xaricdetehsil.az/turkiyede-tehsil-almaq-ucun-ne-etmeli/ )

Türkiyədə təhsil üçün təqaüd proqramları

TÜBİTAK aşağıdakı proqramlara qatılan beynəlxalq tələbələrə maddi dəstək verir:

  • Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
  • Xaricilər üçün tədqiqat təqaüdü
  • Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
  • Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı

Türkiyədə pulsuz təhsil almaq istəyən tələbələr üçün mübadilə proqramları və təqaüd proqramları faydalı olacaqdır. Türkiyə Bursları – təqaüd proqramları vasitəsilə hər il minlərlə tələbə xaricdə təhsildən faydalana bilir. Təqaüd proqramları bakalavr, magistr, doktorantura səviyyələrini əhatə edir.

Türkiyədə ən çox müraciət edilən ixtisaslar siyahısı:

  • Beynəlxalq münasibətlər
  • İqtisadiyyat
  • Turizm
  • İdarəetmə
  • Tibb
  • İnşaat mühəndisliyi
  • İncəsənət və s.

Turkiyede tehsil üçün telebler

Bu, təhsil dərəcəsindən asılı olaraq dəyişir. Əgər birbaşa bakalavra müraciət etmək istəyirsinizsə, heç bir xüsusi tələb olmadan, təkcə attestatla da rahatlıqla təhsil ala bilərsiniz. Bundan əlavə, SAT, YÖS, ACT, IB və s. kimi beynəlxalq imtahan tələbləri universitetlərdən və ixtisaslardan asılı olaraq dəyişir. Bütün bunlara baxmayaraq bu məqama diqqət yetirilsə daha çox yaxşı olar: attestatla təhsil almaq istədikdə və ya digər səbəblərdən üstünlük əldə etmək üçün şagirdin məktəb qiymətlərinin kifayət qədər yaxşı olması lazımdır. Magistr proqramı üzrə təhsil almaq istəyən tələbənin isə bakalavr üzrə təhsil aldığı illərdə qiymət ortalaması, diplom da xüsusi rol oynayır.

Türkiyədə təhsillə bağlı daha ətraflı digər bloqları oxuyaraq məlumat əldə edə bilərsiniz: https://xaricdetehsil.az/attestatla-turkiy%c9%99d%c9%99-t%c9%99hsil/;

https://xaricdetehsil.az/turkiye-universitetleri/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button