Ümumi

Xaricdə magistr təhsili

Xaricdə magistr təhsili almaq

Xarici ölkədə magistr təhsili almaq üçün müraciət edənlərin əksəriyyəti (demək olar ki, 90%-i) Türkiyəni – Türkiyede tehsili seçirlər. Əlbəttə ki, bunun keçərli səbəbləri var. Dil, din yaxınlığı, mədəni şəraitə rahat adaptasiya olmaq, təhsil haqqının və digər xərclərin bizə görə sərfəli olması və s. (bu haqda detallı öncəki bloqlarda danışmışıq).

Türkiyədə magistr təhsili üçün hansı şərtlər ödənilməlidir?

Türkiyədə magistr təhsili almaq üçün seçə biləcəyiniz iki seçim var: tezli və ya tezsiz təhsil almaq.

  1. Tezli magistr təhsili – tezli təhsilin sonunda diplom müdafiəsi mütləq həyata keçirilməlidir. (Tələbə adətən öz bakalavr ixtisasının davamını oxuyur tezli magistr təhsilini seçdiyi zaman).
    Tezli təhsil 4 semestr (2 il) ərzində davam edir. Təhsil üçün ən çox müraciət edilən Türkiyə bölgələri İstanbul, İzmir, Ankara, Antalya və s. –dir (istər dövlət universitetləri, istərsə də özəl universitetlər üzrə).
  2. Tezsiz ixtisaslar – tələbə tezsiz magistr təhsilini seçdiyi zaman bakalavr səviyyəsində aldığı təhsil yönünü dəyişə bilər və istədiyi ixtisası seçə bilər. Tezsiz ixtisasda təhsil müddəti əsasən 3 semestr davam edir. Tezsiz ixtisasda diplom müdafiəsi həyata keçirilmir. Əgər işləyə-işləyə oxumaq istəyirsinizsə, tezsiz magistr təhsili sizin üçün çox uyğun olacaqdır.

Xarici ölkələrdə magistr təhsili

Xaricdə magistr təhsili almaq üçün ölkə və universitet araşdırması edərək sizə ən uyğun olan variantı seçməlisiniz. (Bunun üçün xaricde tehsil sirketleri sizə kömək edə bilər)

Seçdiyiniz sahələr üzrə bakalavr təhsilinizi başa vurduqdan sonra magistratura təhsili almaq üçün müraciət edəcəyiniz universiteti və hansı ixtisası oxuyacağınızı dəyərləndirməlisiniz. Amerika, İngiltərə, Avstraliya, Kanada, Almaniya və s. – ümumiyyətlə, xarici ölkələrdə universitetlərə müraciətlərin eyni tarixlərdə edildiyini düşünə bilərsiniz. Ancaq bu, belə deyil. Onların hər birinin fərqli qəbul tarixləri mövcud ola bilər – çünki universitetlərin hər birinin fərqli qəbul standartı və təhsil sistemi var. Nəzərə alınmalı olan əsas məqamlarr:

  • Universitetə olan müraciət haqqı,
  • Təhsil haqqı,
  • Təqaüd proqramları varmı?,
  • Universitetin reytinq göstəriciləri,
  • Təhsil almaq istədiyiniz sahə beynəlxalq səviyyədə tanınırmı (ixtisas, fakültə və s.) – prestij səviyyəsi necədir?
xaricde tehsil ucun imtahanlar

Xaricde magistr tehsili almaq ucun imtahanlar

  • İngilis dil biliyinizi təsdiq edən ən məşhur beynəlxalq imtahanlara İELTS və TOEFL imtahanlarını aid etmək olar. Qəbul olmaq istədiyiniz universitetlərin tələbləri arasında hansı sertifikatın və tələb olunan minimal balın nə olduğunu universitetlərin rəsmi saytlarından öyrənə bilərsiniz. İELTS imtahan sertifikatı demək olar ki, dünyanın bütün universitetləri tərəfindən tanınır və qəbul olunur. 
  • Kanada, Amerika, Böyük Britaniya universitetlərində magistr proqramlarında biznes, mühəndislik, maliyyə ixtisaslarında təhsil almaq üçün isə tələbələrdən GRE və GMAT imtahan nəticələri tələb olunur. Həmçinin Kanada və Amerika dövlətlərində hüquq fakültəsində təhsil almaq üçün tələbələrdən Law School Admissions Test (LSAT), yəni Hüquq Məktəbinə Qəbul Testi imtahanına girmələri və tələb olunan minimal nəticələrini əldə etmələri tələb olunur.

İmtahanlardan əlavə motivasiya məktubu, tövsiyə məktubu, viza məsələsi və digər sənədlər də xaricde tehsil ucun diqqətinizdə olmalıdır.

Xaricde magistr tehsili ucun hansı ölkələr seçilməlidir?

Polşa, Latviya, Estoniya, Macarıstan kimi ölkələrdə bəzi universitetlər var ki, IELTS balı olmadan da təhsil üçün müraciət edə bilərsiniz. Ancaq bu zaman ilk 1 il ərzində ingilis dilini təkmilləşdirmək üçün kurs keçirilir. Digər hallarda 5.5. IELTS nəticəsi ilə də universitetlərdən qəbul almaq mümkündür. Əgər imtahan nəticəsi tələbi olmadan qəbul almaq istəyirsinizsə, nəzərə alın ki, belə universitetlərin sayı xaricdə elə də çox deyil. Əsas odur ki, həmin universitetlər arzuladığınız ixtisas üzrə təhsil təklif edə bilsinlər. Polşa universitetlərinin 10%-i sizə bu istiqamətdə səmərəli təhsil almağı təklif edir.

Almaniyada dövlət universitetlərində magistr təhsili tam ödənişsizdir, yəni dövlət hesabınadır. Almaniyada magistr təhsili almağınız üçün ən azı 75-80% ortalama bakalavr dərəcəniz və IELST (min. 6.5) nəticənizin olmağı vacibdir.

Magistr təhsili üçün müraciət etmək istədiyiniz universitetlərin saytları və rəsmi sosial şəbəkə hesablarını ziyarət etməyi unutmayın. Əgər 100% qəbul nəticəsi istəyirsinizsə, bütün prosesə nəzarət etmədə xaricdə təhsil kurslarının və xaricdə təhsil şirkətlərinin yardımından yararlana bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button