Xaricde tehsil məlumatları

Türkiyənin ən yaxşı tibb universitetləri

Tek attestatla tibbi tehsil

Tək attestatla tibbi təhsil almaq mümkündürmü? Türkiyənin universitetləri bir çox hallarda əcnəbi tələbələrdən universitetə daxil olmaq üçün xüsusi qəbul imtahanı tələb etmir. Belə ki, təkcə attestatla da Türkiyə universitetlərində tibb təhsilinə yiyələnə bilərsiniz.

Turkiyede tibb tehsili

Türkiyə tibb elmində və tibb təhsilində qabaqcıl Avropa ölkələri ilə yarışa bilər, hətta bəzi məqamlarda Avropa və Amerikanı da qabaqlayır. Buna görə də bu ölkəyə həm də tibb təhsili almaq üçün gələn turistlərin (əcnəbi tələbələr) sayı hər il daha da artır. Əgər Turkiyede tibb tehsili almağa qərar vermisinizsə, bilin ki doğru addımı atırsınız.

Türkiyədə ən yaxşı tibb təhsili verən universitetlər

Türkiyədə tibb təhsili verən ən yaxşı universitetlər (ən qabaqcıl və ən keyfiyyətli tədris)

  1. Hacettepe Universiteti – Ümumiyyətlə, Hacettepe Üniversitesi Türkiyə universitetləri siyahısında ən birinci sıralardan birini layiqincə tutmaqdadır. 1963-cü ildə Hacettepe Universitetinin Tibb Fakültəsinin yaradılmasından əvvəl Ankarada Uşaq Bölməsi yaradılmışdır və həmin fakültədə təhsil klinikadan əvvəlki və kliniki illərini qısaldan bir mövzuda bir çox sahənin əhatə dairəsini birləşdirmişdir. Nəticədə, indi də Hacettepe tibb təhsili və tədrisi üzrə liderliyini qoruyub saxlamaqdadır.
  •  İstanbul Universiteti – İstanbul Universitetinin Tibb Fakültəsi Türkiyənin 1453-cü ilə aid ilk tibb fakültəsi hesab edilir. Amma o, 1827-ci ilə qədər tam təsis edilməmişdir. Hal-hazırda isə ən müasir texnologiyalarla tibb təhsilini təqdim edən universitet olaraq xüsusilə seçilir.
  • Ankara Universiteti – 1945-ci ildə bu universitetdə Ankara Tibb Fakültəsi yaradılıb. İstanbul Universitetinin Tibb Fakültəsi Türkiyənin ilk tibb fakültəsi olduğu kimi Ankara Universiteti də paytaxtda tikilən ilk və ən qabaqcıl tibb fakültəsi statusunu qazanıb. Hətta  fakültədə bir müddət sonra tədrisin ingilis dilinə keçməsi (yəni ingilisdilli proqrama start verilməsi) beynəlxalq səviyyədə uğurla fəaliyyət göstərə biləcək məzunların yetişməsində rol oynamışdır.


Bu universitetlərlə yanaşı Ege Universiteti ve Dokuz Eylül Universiteti ən yaxşı tibb fakültələri ilə ön sıralardır. Nəzərə alınmalı məqam odur ki, əcnəbi tələbələr tibb təhsili üçün bu universitetlərə müraciət edərkən türk dilini yaxşı bilməlidirlər.
Türkiyədə İstanbul Universitesi Cerrahpaşa tibb sahəsində ən önə çıxan universitet hesab olunur.

Maraqlıdır
Turkiye – tibb tehsili


Türkiyədə tibb təhsili almaq

Türkiyədə tibb təhsili üçün bəzi hallarda SAT, TOEFL və YÖS imtahanlarının nəticəsi tələb oluna bilər. Özəl universitetlər isə adətən YÖS imtahan nəticəsi tələb etmirlər. Özəl universitetlərdə təhsil haqqının məbləği 10000 dollara yaxındır.
Əlbəttə ki, müraciətçilər üçün yalnız attestatla da tibb təhsili almaq mümkün olacaqdır, lakin əgər prestijli Türkiyə universitetlərinin tələbəsi olmaq istəyirsinizsə, tələb olunan imtahanlardan uğurlu nəticə əldə etməlisiniz.
Əgər Türkiyədə tibb təhsilini ingilis dilində almaq istəyirsinizsə, o zaman IELTS ya da TOEFL sertifikatlarından hər hansı birinə sahib olmalısınız. Bəzi universitetlər özü də ingilis dilini yoxlamaq üçün sınaqlar keçirərək nəticəni öyrənir və qəbulu həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button