Türkiyədə təhsil almaq üçün nə etməli?
Turkiyede tehsil almaq
Hər il onlarla abituriyentimiz Türkiyədə təhsil almaq üçün Türkiyə universitetlərinə müraciət etmək istəyir. Təhsil haqqının nisbətən aşağı olmasına görə Türkiyədə oxumaq tələbələr üçün daha rahat seçim olur. Türkiyədə qiyabi və əyani təhsil formalarına müraciət edərək Türkiyə universitetlərinə qəbul olmaq mümkündür. Şagirdlərin bir çoxu 11-ci sinifi bitirdikdən sonra dərhal attestatla Turkiyede qebul şərtlərini araşdırır və müraciət edirlər. Sadəcə attestatla Türkiyə universitetlərində bir çox fərqli sahəyə aid ixtisasları seçmək və qəbul olmaq mümkündür.
Turkiyede tehsil almaq ucun ne etmeliyik?
Türkiyədə ali təhsil almaq istəyənlər, təbii ki, orta məktəbi uğurlu qiymətlərlə bitirməyi qarşısına məqsəd qoymalıdır ki, attestat nəticələri yüksək olduqda daha nüfuzlu universitetlərə qəbul olmaq üçün şans yaranır.
Türkiyədə təhsil almaq üçün lazım olanlar:
- İlk növbədə, məktəbi bitirdiyinizi sübut edən sənəd – attestat;
Bu, qayda (attestatla qebul), əsasən, imtahansız Türkiyə universitetlərinə qəbul olmaq istəyən şagirdlər üçün nəzərdə tutulur.
- DİM ilə qəbul
TQDK imtahanında əldə etdiyiniz nəticə ilə (imtahan balı) ilə Türkiyənin ən nüfuzlu universitetlərinə qəbul olmaq mümkündür.
- YÖS və SAT imtahanları ilə qəbul
YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) Turkiye universitetlerinde oxumaq istəyən insanların keçməli olduğu imtahanlardandır. YÖS imtahanı riyaziyyat, həndəsə və məntiqə aid suallardan ibarət olan bir imtahandır.
SAT imtahanı isə oxuma, yazma, dil və məntiq bacarıqlarını yoxlayan beynəlxalq imtahanlardan biridir. Bu imtahana xaricdə təhsil almaq istəyən hər kəs müraciət edə bilər. SAT imtahanına müraciət etmək üçün lazım olan şərtlərdən biri də Upper-intermediate (B2 səviyyədə) səviyyədə ingilis dili biliyinə sahib olmaqdır.
Türkiyədə adları çox tanınmış, prestijli üniversitetlərdə oxumaq üçün SAT və YÖS imtahanlarına hazırlaşaraq yüksək nəticə ilə bu imtahanlardan keçid əldə etmək daha məqsədəuyğun hesab olunur.
Türkiyədə təhsil almaq istəyən tələbələrin üstünlük verdiyi fakültələr:
- İktisadi ve İdari Bilimler fakültesi
- Mühendislik fakültesi
- Stomatologiya (Tıp fakültesi) və s.
Türkiyədə təqaüdlü təhsil. TÜBİTAK Təqaüdləri
TÜBİTAK aşağıdakı proqramlara qatılan beynəlxalq tələbələrə maddi dəstək verir:
- Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
- Xaricilər üçün tədqiqat təqaüdü
- Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
- Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı
Tələbə namizədləri niyə Türkiyədə təhsil almağı seçirlər?
Çünki qardaş ölkə kimi tanıdığımız Türkiyə həm çox yaxın məsafədə olduğundan, həm dilimizin oxşarlığı, həm də adət-ənənələrimizin bənzər olması və s. faktlar valideynlər üçün tələbə olmaq istəyən övladlarını xaricə yola salmağa ilk addım hesab olunur. Həmçinin tələbələr də Türkiyədə daha tez və rahat şəkildə mühitə adaptasiya olmağı bacarırlar. Nəzərə alsaq ki, elə Türkiyə universitetləri mövcuddur ki, onlar ən reytinqli dünya universitetleri siyahısında yer almaqdadır. Turkiyede tehsil keyfiyyəti yüksəkdir. Türkiyə universitetlərində nəzəri biliklərlə bərabər praktika da yüksək səviyyədə tətbiq olunduğundan bu universitetlərdən məzun olanlar artıq iş dünyası ilə əlaqədar məsələlərdə bilik və bacarıqlarını xeyli inkişaf etdirmiş sayılır. Bəzi tələbələr məzun olduqdan sonra elə Türkiyədə olan iş imkanlarından yararlanmağı seçirlər və ya bakalavr təhsilindən sonra dərhal magistr təhsilini də Türkiyədə tamamlamağa qərar verirlər.
Türkiyənin ən nüfuzlu universitetləri:
Universitetin adı: | Yerləşdiyi ərazi: | Universitetin saytı: |
Hacettepe Üniversitesi | Ankara | https://www.hacettepe.edu.tr/english/ |
Orta Doğu Teknik Üniversitesi (ODTÜ) | Ankara | https://www.metu.edu.tr/ |
Gazi Universitesi | Ankara | https://gazi.edu.tr/ |
Ankara Universitesi | Ankara | https://www.ankara.edu.tr/ |
İstanbul Üniversitesi | İstanbul | https://www.istanbul.edu.tr/en/ |
Sabancı Üniversitesi | İstanbul | https://www.sabanciuniv.edu/en |
Boğaziçi Üniversitesi | İstanbul | https://www.boun.edu.tr/ |
İstanbul Teknik Üniversitesi (İTÜ) | İstanbul | https://itu.edu.tr/ |
Marmara Universitesi | İstanbul | https://www.marmara.edu.tr/ |
Atatürk Universitesi | Erzurum | https://www.atauni.edu.tr/ |
İzmir Yüksek Teknoloji Enstitüsü | İzmir | https://iyte.edu.tr/ |
Dokuz Eylül Üniversitesi | İzmir | https://www.deu.edu.tr/ |
Ege Universitesi | İzmir | https://ege.edu.tr/eng-0/homepage.html |
Hacettepe Universiteti bu universitet siyahısı içərisində liderliyi uzun müddətdir qorumaqdadır. Türkiyədə ən böyük universitetlər isə (ən çox tələbəyə malik) aşağıdakılar hesab olunur:
1. Anadolu Üniversitesi
2. İstanbul Üniversitesi
3. Atatürk Üniversitesi
4. Marmara Üniversitesi
5. Ankara Üniversitesi
Bununla yanaşı tələbələr üçün daim maraqlı olan bir neçə məqamı da cavablandıraq:
Türkiyədə təhsil haqqının münasib olması – Turkiyede tehsil haqqi 300-400 AZN-dən 5000-7000 AZN-ə qədər dəyişə bilir. Təbii olaraq, elə universitetlər var ki, təhsil haqqı üçün bundan daha çox bir məbləğ nəzərdə tutulur.
Universitet seçimində nəyə diqqət etməlisiniz?
Türkiyənin ən çox məşhur olan şəhərlərində (əsasən, mərkəzi şəhərlər) – məsələn, İstanbul, Ankara, İzmir və s. şəhərlərdə olan universitet seçimləri həm daha prestijlidir, həm sosial həyatınızın inkişafına təsir göstərəcək, həm də gələcəkdə yararlana biləcəyiniz iş imkanları ilə daha çox zəngin şəhərlər hesab olunur.
Türkiyədə təhsil dili – Türkiyə universitetlərində türk, eləcə də ingilis dillərində rahatlıqla təhsil almaq mümkündür. Təhsil dili məsələsi də seçəcəyiniz ixtisasdan asılı olaraq dəyişə bilir.
Türkiyənin dövlət universitetləri, yoxsa özəl universitetlər?
Tələbələr, əlbəttə ki, universitet seçərkən diplomun tanınması məsələsi ilə bağlı çox narahatlıq keçirdirlər. Onlar belə düşünə bilər ki, Türkiyədə olan özəl universitetlərin hamısının diplomu Azərbaycanda tanınmır. Sırf buna görə dövlət universitetinə müraciət etməyin çox vacib olduğu qənaətinə gələ bilərlər. Lakin belə deyil. Türkiyənin az hesab olunmayacaq sayda özəl universitetləri də digər xarici ölkələrdə, həmçinin öz ölkəmizdə tanınan diplomlar təqdim edirlər. Həmin universitetlərin öz saytına daxil olaraq universitetin prestij dərəcəsi ilə tanış olmaq mümkündür. Həmçinin ölkəmizdə fəaliyyət göstərən xaricde tehsil sirketleri belə universitetlərdən ibarət siyahını müraciət etdiyiniz halda sizinlə paylaşır.
Türkiyədə oxumaq çətindirmi?
“Türkiyəyə qəbul olmaq asandır, amma oxumaq çətin.” kimi cümlələri, yəqin ki, dəfələrlə eşitmisiniz. Bizim ölkəmizdə Türkiyə universitetlərinə qəbul olmaq ona görə asan sayılır ki, sadəcə attestatla belə xaricdə müxtəlif və fərqli ixtisaslarda (daha çox ixtisas seçimindən) təhsil almaq şansından yararlana bilirsiniz. Həm də SAT və YÖS imtahanlarından başqa keçməli olduğunuiz daha ağır bir beynəlxalq imtahan nəzərdə tutulmur.
Bəli, Türkiyədə oxumaq çoxuna çətin gələ bilər, nəzərə alsaq ki, oxumayan şəxslər qiyməti asanlıqla ala bilmirlər. Düşünün, əlbəttə ki, prestijli universitetlərdə oxumaq nisbətən çətin olmalıdır. Belə olduqda alacağınız diplom ən yaxşı iş imkanları üçün açar rolunu oynayır.