Azərbaycanlı tələbələr üçün xaricdə təhsil bələdçisi
AZ▾

Ana səhifə / Tez-tez verilən suallar

Tez-tez verilən suallar

Xidmətləriniz pulludur?

İlkin məsləhət pulsuzdur. Müraciət formunu doldurun və ya WhatsApp-da yazın — vəziyyətinizə uyğun yolu və təxmini xərcləri izah edəcəyik.

Hansı ölkələrə müraciət etməyə kömək edirsiniz?

Türkiyə, İtaliya, Fransa, Almaniya, Çexiya, Macarıstan, Polşa, Bolqarıstan, Yunanıstan, Cənubi Koreya və Çin. Siyahı mütəmadi genişlənir.

Müraciətə nə vaxt başlamalıyam?

Dərslərin başlamasından 9–12 ay əvvəl. Dil imtahanı, sənədlərin tərcüməsi və təqaüd müraciətləri vaxt aparır.

IELTS, TOEFL, yoxsa Duolingo — hansını seçim?

Seçdiyiniz universitetin qəbul etdiyi imtahanı seçin. Avropa və Britaniyada IELTS, ABŞ-da TOEFL daha geniş yayılıb. Duolingo daha qısa və evdən verilir, amma hər universitet qəbul etmir.

Attestatla xaricdə oxumaq olar?

Bəli, bir çox ölkədə, xüsusilə Türkiyənin özəl və bəzi dövlət universitetlərində. Bəzi Avropa ölkələri isə 12 illik təhsil tələb edir — bu halda hazırlıq ili və ya əlavə imtahan lazım ola bilər.

Təqaüd almaq mümkündür?

Bəli. Türkiye Bursları, Stipendium Hungaricum, GKS (Koreya), CSC (Çin) kimi dövlət təqaüdləri, eləcə də universitetlərin öz endirimləri var. Ölkə səhifələrində ətraflı məlumat tapa bilərsiniz.

Hansı universitet sənə uyğundur?

Ballarını, büdcəni və istədiyin ixtisası yaz — sənə uyğun ölkə və universitetləri birlikdə seçək.