Azərbaycanlı tələbələr üçün xaricdə təhsil bələdçisi
AZ▾

Ana səhifə / Bələdçilər / Amerikada təhsil (ABŞ): qəbul şərtləri, SAT, təqaüdlər və viza

Amerikada təhsil (ABŞ): qəbul şərtləri, SAT, təqaüdlər və viza

Amerikada (ABŞ-da) təhsil: universitetlərə qəbul şərtləri, Common App, SAT və ACT, TOEFL/IELTS, maliyyə yardımı və təqaüdlər, F-1 tələbə vizası.

Education Abroad · Dərc olunub:

Amerika dünyanın ən güclü universitetlərinin yerləşdiyi ölkədir. Burada təhsil bahalıdır, amma güclü abituriyentlər üçün ciddi maliyyə yardımı və təqaüd imkanları da var.

Amerikada bakalavr təhsili necə qurulub?

Bakalavr təhsili adətən 4 il çəkir. İlk illərdə müxtəlif sahələrdən fənlər keçilir, əsas ixtisas (major) çox vaxt ikinci ilin sonunda seçilir. Bu, hələ ixtisasını dəqiq bilməyənlər üçün böyük üstünlükdür.

Qəbul şərtləri

  • Attestat və transkript — 9–11-ci siniflərin qiymətləri.
  • SAT və ya ACT — bəzi universitetlər imtahansız (test-optional) müraciət qəbul edir, amma yaxşı bal yenə üstünlükdür. Ətraflı: SAT imtahanı nədir?
  • TOEFL, IELTS və ya Duolingo — ingilis dili səviyyəsi.
  • Esselər — şəxsi hekayəniz, maraqlarınız və məqsədləriniz.
  • Tövsiyə məktubları — müəllimlərdən və məktəb məsləhətçisindən.
  • Fəaliyyətlər — olimpiadalar, layihələr, könüllülük, idman, incəsənət.

Müraciətlərin çoxu Common App platforması vasitəsilə edilir: bir anketlə bir neçə universitetə müraciət etmək olur.

Müraciət tarixləri

  • Early Decision / Early Action — adətən noyabrın əvvəli və ortası.
  • Regular Decision — adətən yanvarın əvvəli.

Hazırlığa ən azı bir il əvvəl başlamaq lazımdır.

Təqaüd və maliyyə yardımı

  • Bəzi universitetlər beynəlxalq tələbələrə ailənin gəlirinə görə maliyyə yardımı (need-based aid) verir.
  • Bir çox universitet yüksək nəticələrə görə təqaüd (merit scholarship) təklif edir.
  • Community college ilə başlamaq (2 il), sonra universitetə keçmək xərcləri azaldır.
  • Magistratura üçün Fulbright dövlət təqaüdü var.

Tələbə vizası (F-1)

Qəbuldan sonra universitet I-20 sənədini göndərir. Bundan sonra SEVIS haqqı ödənilir və səfirlikdə F-1 vizası üçün müsahibəyə yazılırsınız. Müsahibədə maliyyə imkanı və təhsil planı soruşulur.

Tez-tez verilən suallar

Amerikada təhsil nə qədər başa gəlir?

Dövlət və özəl universitetlər arasında fərq çox böyükdür. Hər universitetin saytında "cost of attendance" bölməsində ümumi illik xərc göstərilir.

Amerikada təqaüdlə oxumaq mümkündürmü?

Bəli, amma rəqabət yüksəkdir. Güclü attestat, SAT, esse və fəaliyyətlər lazımdır.

Kömək edirsinizmi?

Bəli. Müraciət formunu doldurun və ya SAT hazırlığı ilə başlayın.

Hansı universitet sənə uyğundur?

Ballarını, büdcəni və istədiyin ixtisası yaz — sənə uyğun ölkə və universitetləri birlikdə seçək.