Ümumi

Attestatla xaricdə təhsil

Xarici ölkədə attestatla təhsil

Xaricdə attestatla təhsil almaü mümkündürmü? Xaricdə imtahansız təhsil almaq istəyənlər və universitetə yalnız attestatla qəbul olmaq istəyənlərin əksəriyyəti, şübhəsiz ki, Türkiyədə təhsil almağa üstünlük verirlər. Bununla belə, Polşa, Rusiya və digər bir neçə Avropa ölkəsində də attestatla universitetə qəbul olub təhsil almaq mümkündür.

Tələbələr niyə xaricdə təhsil almağa üstünlük verir?

Buna ən başlıca səbəb xaricde tehsil sisteminin çox-çox uğurlu olmasıdır. Bundan başqa nəzəriyyə ilə yanaşı praktiki bacarıqların da təhsil illərindən mənimsənilə bilməsi, universitetdən sonra Avropa ölkələrində və digər xarici ölkələrdə qarşıya çıxan yeni iş imkanları, xarici tələbələrlə, professorlarla networking-in formalaşması və s. amillər də göz önündə tutulmalıdır.

İmtahansiz xaricde tehsil

Xaricdə imtahansız təhsil almaq üçün attestatınızın olmağı vacibdir və çox yaxşı olardı ki, bu attestat mümkün dərəcədə yaxşı göstəricilərlə (qiymətlərlə) tamamlansın. İmtahansız xaricdə təhsil proqramlarını ən yaxşı şəkildə xaricde tehsil kursları və xaricdə təhsil şirkətləri təqdim edirlər.

Xaricdə təhsil almağın yolları

Rusiyada attestatsız qəbul ola biləcəyiniz universitetlərdən bir neçəsi

  1. Moskva Synergy Universiteti
  2. Sechenov University
  3. Dağıstan Dövlət Aqrar Universiteti
  4. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti
  5. Moskva Dövlət Texnologiya və İdarəetmə Universiteti
  6. Lomonosov adına Moskva Dövlət Universiteti və s.
Rusiyada attestatla təhsil

Ümumilikdə, Rusiyada təhsil ala biləcəyiniz və tələbələrin üstünlük verdiyi ixtisaslar haqqında da danışaq:

  • Mühəndislik
  • İqtisadiyyat
  • İdman fakültələri
  • Müəllimlik
  • Tibb və s.

Polşa universitetləri haqqında

Polşa universitetlərində tələbələr hansı ixtisaslara üstünlük verirlər? Hansı Polşa universitetləri ən çox müraciət edilən universitetlər siyahısında yer alır?

Polsada attestatla tehsil

Polşada tələbə olmaq istəyənlər:

  • Biznesin idarə edilməsi
  • Marketinq
  • Layihə idarəetməsi
  • Bank işi və sığorta
  • Maliyyə
  • Beynəlxalq münasibətlər
  • Psixologiya
  • Kompüter mühəndisliyi və s. ixtisaslara müraciət edə bilərlər.

Polşada Vistula University, University of Economics and Human Sciences (in Warsaw) bizim ölkədən müraciət olunan universitetlərdəndir. Polşa universitetlərində illik təhsil haqqı, əsasən, 3000 EURO-dan başlayır. Bu qiymətlər universitetdən və seçilən ixtisasdan asılı olaraq dəyişir. Elə ixtisas seçimi ola bilər ki, illik təhsil haqqı 1000-1500 EURO arasında dəyişilsin.

Türkiyədə sadəcə attestatla hansı universitetlərdə təhsil almaq olar? Demək olar ki, Türkiyə üçün bu mövzuda seçə biləcəyiniz universitetlərin sayı 100-dən artırdır. Onlardan ən məşhurlarını və xarici tehsil sirketlerinin ən çox müraciət etdiklərini sadalayaq:

1. Sabancı Universiteti

2. Üsküdar Universitesi

3. İstanbul Aydın Universitesi

4. Nişantaşı Universitesi və s. universitetlər.

Türkiyədə attestatla təhsil

Xaricde tehsil almaq ucun lazim olanlar

Xaricdə təhsil almaq üçün nə etmək lazımdır? Xaricde tehsil alan azerbaycanlılar (xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr) nə etməlidir?

Bu sualları belə cavablandıra bilərik:

  • Abituriyentin peşə arzusu dəqiqləşməli
  • Abituriyentin universitet və əlavə xərclər üçün maliyyə imkanı (büdcəsi) planlaşdırılmalı
  • Müraciət edilən ali məktəblərin – universitetlərin qəbul üçün tələb etdiyi sənədlər tam tərtib olunmalı
  • Xarici pasport, tələbə vizası, hərbi xidmətdən möhlət hüququnu təsdiq edən sənədin hazır olması
  • Yaşayış yeri – universitet yataqxanası və ya mənzil kirayəsi ilə bağlı öncədən məlumat əldə etmək
  • Lazımi informasiyaların əvvəlcədən toplanılması: zəruri telefonlar, ünvanlar, şəhər xəritəsi ilə bağlı məlumatlanma və s.
  • Bank hesabının açılması (əgər zəruridirsə) və s.

Əslində, bütün bu xidmətləri həyata keçirən xaricdə təhsil şirkətləri və kurslarının sayı kifayət qədər çoxdur. Bundan əlavə, qəbul olmaq istəyiniz universitetlərin veb saytları ilə tanış olaraq universitetlərin qəbul tələblərini və şərtlərini ətraflı araşdıra bilərsiniz.

Unutmamalı olduğunuz bir digər məqam ingilis dili ilə bağlıdır. İngilis dili biliyiniz ən az B1-B2 səviyyədə olmasıdır. Hətta bəzi universitetlər qəbul şərtləri daxilində sizdən C1 səviyyəsində də ingilis dili tələb edə bilər və ya ingilis dili biliyinizin olduğunu təsdiq edən beynəlxalq sertifikat dərəcəsi tələb edər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button