Atatürk universitetində attestatla təhsil
Turkiye universitetleri – Atatürk Universiteti
Atatürk Universitetinin (Atatürk Üniversitesi) əsası 1957-ci ildə Ərzurumda qoyulmuşdur və hazırda Türkiyənin irəli gedən universitetlərindən hesab olunur. Atatürk Universiteti dövlət universitetidir.
2021-2022-ci illərdə Atatürk Universitetində təhsil alan tələbə sayı 58122-yə çatmışdır. 2022-ci ildən etibarən 2760 təhsil mütəxəssisindən ibarət olan bu universitet çoxistiqamətli fakültələrlə geniş tədris strukturuna malikdir.
Atatürk Universitesinin veb saytını ziyarət edərək sizə maraqlı olacaq bütün məqamlara nəzər yetirə bilərsiniz: https://www.atauni.edu.tr/
Bu bloqda Ataturk Universitetinde nece tehsil almaq olar? -sualının cavabını tapacaq, həm də Ataturk Universitetinde tehsil almaq üçün lazım olan sənədlər və Atatürk Universitetində təhsilin üstünlükləri haqqında məlumat əldə edəcəksiniz.
Atatürk Üniversitesi – Atatürk Universitetində fakültələr
Türkiyənin Atatürk Universitetində mövcud olan fakültələr aşağıdakılardır:
- Tıp Fakültesi
- Diş Hekimliği
- Kâzım Karabekir Eğitim Fakültesi
- Mühendislik
- Yer Bilimleri
- İlahiyat
- Güzel Sanatlar
- Su Ürünleri
- Açıköğretim
- Mimarlık ve Tasarım
- Ziraat
- Fen
- Edebiyat
- İktisadi ve İdari Bilimler
- İletişim Fakültesi
- Eczacılık
- Veteriner Fakültesi
- Hukuk
- Sağlık Bilimleri Fakültesi
- Spor Bilimleri Fakültesi
Atatürk Universitetində təhsil haqqı seçəcəyiniz fakültə və ixtisasdan asılı olaraq dəyişir. Bu məbləğ minimum olaraq 500-1000 manatdan başlayır.
Diplomun tanınması – Atatürk universitetinin diplomları beynəlxalq səviyyədə tanınır. Ataturk Universitetinde tehsil almaq ucun heç bir təhsil haqqı ödəmədən, yəni təqaüd proqramlarından da yararlanaraq təhsil ala bilərsiniz. – Burada Erasmus proqramlarından və ya Türkiyə bursları – Mevlana, Farabi kimi təqaüd proqramlarından yararlanmaq mümkündür.
Türkiyədə Atatürk Universitetinə necə qəbul olmaq olar?
Atatürk universitetinə qəbul olmaq üçün sizdən tələb olunacaq lazımlı sənədlər bunlardır:
- Attestat
- Şəxsiyyət vəsiqəsi (xarici pasport – zəruri deyil, mövcud olarsa daha yaxşı)
- YÖS imtahanının nəticəsi
- Transkript
- Fotoşəkil
Atatürk Universitetində magistratura təhsili üçün tələb olunan sənədlər:
- Bakalavr diplomu
- Transkript
- Europass CV
- Xarici pasport
- 2 ədəd referans məktubu
Atatürk Universitetində qiyabi təhsil
Qiyabi təhsil çox tələbə namizədi üçün əlverişlidir. İşləyənlər, ikinci ali təhsil almaq istəyənlər, eləcə də magistr oxumaq istəyənlər üçün qiyabi təhsil ən rahat seçim hesab olunur. Turkiyenin Ataturk Universitetinde de qiyabi tehsil almaq imkanınız var. Qiyabi tehsil zamani ildə iki dəfə (demək olar ki, 6 aydan bir) universitetə getməyiniz kifayət edir. Bu müddət də əsasən, imtahan sessiyalarını nəzərdə tutur.
Türkiyədə qiyabi təhsil müddəti 4 ildir. Online təhsil zamanı universitet bütün vəsaitlərlə pulsuz təmin edir.
Bu universitetdə qiyabi təhsil almaq istəyirsinizsə, çox hallarda attestat qiymətlərinə gərək qalmayacaq. Qiyabi təhsil üçün yaş limiti yoxdur.
Əgər təhsil almaq üçün Ataturk Universitetini seçsəniz, şübhəsiz ki, bu qərarınızdan məmnun qalacaqsınız. Ataturk Universiteti Türkiyənin ən böyük, ən qədim universitetlərindən hesab olunur. Təhsil keyfiyyətinə görə də öndə gedən universitetlərdən biridir və diplomu beynəlxalq səviyyədə tanınır.