Türkiyədə tibb təhsili
Türkiyədə təhsil
Türkiyə mədəni və tarixi müxtəlifliklə zəngin bir ölkədir, üstəlik burada yaşam şərtləri, eləcə də təhsil haqqı digər Avropa ölkələrinə nisbətən çox sərfəlidir. Məhz bu səbəbdən Azərbaycandan Türkiyəyə hər il yüzlərlə tələbə adını qazanmaq üçün abituriyentlər yollanır.
Əgər tibb sahəsində çalışmaq, xüsusilə tibb təhsili almaq sizin üçün bir xəyal olaraq qalırsa, Türkiyədə bu sahədə təhsil almaq sizin üçün bir şansdır. Türkiyədə tibb təhsili ilkin olaraq 6 illik bir müddəti əhatə edir. Diş həkimliyi ixtisası (stomatologiya) isə 5 il davam edir.
Turkiyede tibb tehsili almagin ustunlukleri nələrdir?
Türkiyə həm tibb sahəsi üzrə, həm də tibb təhsilinə görə dünya miqyasında nüfuza malikdir. Əgər Turkiyede tibb tehsili almağa qərar vermisinizsə, bilin ki doğru addımı atırsınız. Türkiyəyə tibbin keyfiyyətinə görə gələn tibbi turistlərin sayı hər il daha da artır.
Tək attestatla tibbi təhsil mümkündürmü?
Türkiyə universitetləri çox hallarda əcnəbi tələbələrdən universitetə daxil olmaq üçün qəbul imtahanı tələb etmir. Təkcə attestatla da Türkiyədə tibb təhsili ala bilərsiniz.
Bunun üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Attestat sənədi
- Transkript
- 3×4 4 ədəd fotoşəkil
Türkiyədə tibb təhsili verən ən yaxşı universitetlər hansılardır?
- Hacettepe Universiteti
Ümumiyyətlə, Hacettepe Üniversitesi Türkiyə universitetləri siyahısında ən birinci sıralardan birini layiqincə tutmaqdadır. 1963-cü ildə Hacettepe Universitetinin Tibb Fakültəsinin yaradılmasından əvvəl Ankarada Uşaq Bölməsi yaradılmışdır və həmin fakültədə təhsil klinikadan əvvəlki və kliniki illərini qısaldan bir mövzuda bir çox sahənin əhatə dairəsini birləşdirmişdir. Nəticədə, indi də Hacettepe tibb təhsili və tədrisi üzrə liderliyini qoruyub saxlamaqdadır.
Hacettepe Universiteti – tibb təhsili
2. İstanbul Universiteti
İstanbul Universitetinin Tibb Fakültəsi Türkiyənin 1453-cü ilə aid ilk tibb fakültəsi hesab edilir. Amma o, 1827-ci ilə qədər tam təsis edilməmişdir. Hal-hazırda isə ən müasir texnologiyalarla tibb təhsilini təqdim edən universitet olaraq xüsusilə seçilir.
3. Ankara Universiteti
1945-ci ildə bu universitetdə Ankara Tibb Fakültəsi yaradılıb. İstanbul Universitetinin Tibb Fakültəsi Türkiyənin ilk tibb fakültəsi olduğu kimi Ankara Universiteti də paytaxtda tikilən ilk və ən qabaqcıl tibb fakültəsi statusunu qazanıb. Hətta fakültədə bir müddət sonra tədrisin ingilis dilinə keçməsi (yəni ingilisdilli proqrama start verilməsi) beynəlxalq səviyyədə uğurla fəaliyyət göstərə biləcək məzunların yetişməsində rol oynamışdır.
Bu universitetlərlə yanaşı Ege Universiteti ve Dokuz Eylül Universiteti ən yaxşı tibb fakültələri ilə ön sıralardır. Nəzərə alınmalı məqam odur ki, əcnəbi tələbələr tibb təhsili üçün bu universitetlərə müraciət edərkən türk dilini yaxşı bilməlidirlər.
Türkiyədə tibb təhsili üçün bəzi hallarda SAT, TOEFL və YÖS imtahanlarının nəticəsi tələb oluna bilər. Özəl universitetlər isə adətən YÖS imtahan nəticəsi tələb etmirlər. Özəl universitetlərdə təhsil haqqının məbləği 10000 dollara yaxındır.
Əlbəttə ki, müraciətçilər üçün yalnız attestatla da tibb təhsili almaq mümkün olacaqdır, lakin əgər prestijli Türkiyə universitetlərinin tələbəsi olmaq istəyirsinizsə, tələb olunan imtahanlardan uğurlu nəticə əldə etməlisiniz.